Talış Muğan Muxtar Respublikasının Prezident
F Ə R M A N I :
Haaqa şəhəri, Nederland krallığı 12. 10. 2018 il.
Talış Ağsaqqalarının Ali Şurasının 15 iyul 2018- ci il tarixli qərarına uyğun olaraq TMMR-nın Mühacir höküməti formalaşdırılaraq, elan edilmişdi. Təbii olaraq, MR-nın əhalisinin və eləcədə bu ərazidən kənarda yaşayan həmvətənlərimizin müasir həyatında, bir yenilik olduğundan, kifayyət qədər ciddi müzakirə və qeyri-müəyyən yanaşılmaqlarla qarşılandı. Bir çox xarici qüvvə və mahalımızın siyasi-ictimai cəmiyyəti, ölkəmizdən kənarda yaşamalarına baxmayaraq, bu siyasi aksiyada iştirak etməsələr belə, kənardan təsir etmək, Hökümətin fəaliyyət istiqamətlərində dəyişiklik etmək cəhdləri ilə üzləşdik və bütün bunlar təsirsiz qalmadı.
Son üç ayda, Mühacir hökümət, bir-neçə istefa ilə nəticələnən ciddi təzyiqlərlə üzləşməsinə baxmayaraq, yaşamağı bacarmaqla, fəaliyyətini davam etdirməkdədir. Hökümətin Sər vəziri, əğəye Ş.Mirzəyev, əsası olmayan səbəblər göstərməklə, istefaya getməsini 28.09.2018-ci il tarixində elan etmişdir. Ona düşünmək üçün verilən 2(iki) həftəlik vaxt bu gün bitir və həm də, Respublikamızın yeni gənc nümayəndələrinin Mühacir hökümətdə iştirakı barədə müraciətlərini nəzərə alaraq,
Q Ə R A R A A L I R A M:
1. TMMR Mühacir hökümətinin Sər vəziri (Baş naziri) Şahin Mirzəyevin könüllü istefası qəbul edilsin və tutduğu vəzifəsindən azad edilsin.
2. Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti, aşağıda göstərilən, hələ də tam olmayan, natamam tərkibdə təsdiq edilsin:-
Rəhim Mirzəyev- Sər Vəzir (Baş Nazir);
Zahirəddin İbrahimi - Ümüm, orta, peşə və ali-ixtisas təhsili Vəziri (Naziri);
Yusif Sərdarzadə - Millətlər və konfesiyalar(dinlər) arası münasibətlərin qurulmasında əlaqə Vəziri (Naziri);
Ilham Babazadə - İdman,Gənclər və Turizm Vəziri (Naziri);
Zamin Hüsüynov – Kənd Təsərrüfatı, iqtisadiyyat Vəziri (Naziri);
Ruslan Almaszadə - Maliyyə, Kömrük və Vergilər Vəziri (Naziri);
İdris Qasımov – Nəqliyyat, Rabitə və İnformatika vasitələri Vəziri (Naziri);
İntiqam Həmidov – Əmək, Sosial təminatlar Vəziri (Naziri);
Məhrəməli İsmayılov – Mədəniyyət,Etnoqrafiya və Dilçilik Vəziri (Naziri);
Məhəmməd Axunduzadə - Daxili işlər, Fövqalədə hallar və Xüsüsi xidmətlər üzrə Vəzir (Nazir).
3.Sər Vəzir (Baş nazir) Rəhim əğə Mirzəyevə tapşırılsın ki, Muxtar Respublikanın dövlətin tam nəzəri idarəçiliyini təmin edəcək tərkibini TMMR Konstitusiya aktına uyğun qurulması, kadrların cəlb edilməsi prossesini ardıcıl olaraq davam etdirsin;
4. Əğəye vəzirlərə tapşırılsın ki, rəhbəri olduqları Vəzarətliyə vəzirliyin kadr ehtiyatının, şöbə. Bölmə, departament rəhbərlərini, Vəzir müavinlərini seçərək, Sər vəzir və Prezident təsdiqinə təqdim etsinlər;
5. Əğəye Vəzirlərə (Nazirlərə) tapşırılsın ki, rəhbəri olduqları sahələr üzrə ştat cədvəllərini tərtib edib, müəyyənləşdirərək, tərtib etsinlər, əməli təyinatları həyata keçirsinlər;
6.Təyinatlarla əlaqədar əvvəlki əmr və qərarlar qüvvədən salınmış hesab edilsin. Bu fərmanın icrasına nəzarət əğəye Rəhim Mirzəyevə tapşırılsın və rüblük olaraq, həm Prezidentə, həm də, hazırda TMMR-in Qanunverici orqanının səlahiyyətlərini müfəvəqəti həyata keçirən Talış Ağsaqqallarının Ali Şurasına hesabat versin.
Talış Muğan Muxtar Respublikasının Prezidenti
Ə.Ə.Hümmətov
|