20:44 26 noyabr 1991-ci il, ilk DÖVLƏT ÇEVRİLİŞİ! | |
26 noyabr 1991-ci il, ilk DÖVLƏT ÇEVRİLİŞİ! Azərbaycan SSR-nin sonuncu Ali Soveti (parlamenti) 1990-cı ilin sentyabrında seçildi. O vaxtın 3 milyon 500 min seçicisinin hər 10 min nəfəri, bu qanunverici orqana 1 özünün nümayəndəsini (deputatını, vəkilini) seçdi,-cəmi 350 nəfər… !991-ci ilin avqust ayının 30-da Ölkə prezidenti Azərbaycanın müstəqilliyi barədə bəyamnamə imzaladı, amma… qismən uzaqdan olan məlun təsirdən rəsmiləşdirilməyə imkan verilmədi və bundan indi də, bir-çox qüvvələr asanlıqla istifadə edir… Və guya, həmin Ali Sovetin 18 oktyabr 1991-ci il qərarı ilə qəbul edilən müstəqillik barədə Konstitusiya aktı,- ölkəni müstəqil etdi!... 20 noyabr 1991-ci il tarixində, ölkə taleyinin ilk qara səhifələrindən biri, - Qarəkənd vertolyot qəzası ilə, aparıcı KOMANDA məhv edildi… Və nəhayyət, ölkənin bu gününün bünövrəsinin ilk təməl daşını qoyan və ilk ölkə səviyyəli 26 noyabr 1991-ci il Dövlət Çevrilişi baş tutdu. 3 milyon 500 min seçicinin 3 milyonunun iradəsinə, seçiminə və haqlarına tüpürülərək, cinayatkarcasına, deputatların(vəkillərin) 300-ü qovulmaqla, qanunvericilik hakimiyyəti cəmi seçicilərin 50 mininin seçdiyi 50 nəfərə tapşırılaraq, bu günün faciələrinin əsası qoyuldu! İndiyə qədər, bu cinayyət əməlinə heç bir hüquqi qiymət verilməyib və… hazırkı siyasi dairələrin bütün qütbləri, iştirakçı olduqlarına görə, - qiymət vermək istəyində olmayıblar və deyillər! Ələkrəm Hümmətzodə | |
|
Total comments: 0 | |