17:49
28 AVQUST BEYNƏLXALQ ARZULAR GÜNÜDÜR

28 AVQUST BEYNƏLXALQ ARZULAR GÜNÜDÜR.
Böyük ictimai xadim olan Martin Lyüter Kinq 28 avqust 1963cü ildə ,,Mənim arzum var " bəyanatı ilə çıxış edib, irqi, milli, dini müxtəlifliyə baxmayaraq, bütün insanların qanun qarşısında bərabərliyini bəyan etmişdi. Onun həmkarları və həmfikirliləri bu möhtəşəm bəyanata dəstək məqsədilə bu günü BEYNƏLXALQ ARZULAR GÜNÜ kimi qeyd etməyə başladılar və tezliklə dünyaya yayıldı. Martin Lyüter bütün şüurlu həyatını bu arzusuna həsr etmiş, arzusunun həyata keçməsi üçün həmişə mübarizə aparmış, milyonlarla tanınmış insanları bu mübarizəyə sövq edə bilmişdi. Martin Lyüterin devizi: ,,Arzular çin olur " idi. Onun fikrincə bəxt amili arzuların həyata keçməsində köməkçi rolunu oynayır.
Hələ uşaqlıq illərindən, hər kəs özünü dərk edəndən, arzularla yaşayır, insan böyüdükcə arzular da onunla böyüyür, ucaldıqca arzuları da ucalır. Sonra övladına, nəvəsinə arzulayır, onların arzuları ilə yaşayır. Yaşından asılı olmayaraq bütün insanların arzusu var, kimi doyunca yemək, kimi xaricdə villa, kimi yeni geyim, kimi də ən müasir və bahalı nəqliyyat arzusundadır. Çinlilər birinə qarğış edəndə, deyirlər: ,,Səni görüm, bütün arzuların çin olsun ". Yəni arzusuz yaşamağın mənası da yoxdur.
Dünənin, bu günün və sabahın şairi M. Ə. Sabir demişkən, bu nehrə kimi çalxalanan dünyada, təəssüf ki, hamının arzuları həyata keçmir. Müharibələr, aclıq, səfalət, işsizlik , sərvətlərin qeyri bərabər bölgüsü, haqsızlıq və ədalətsizliklər bir çoxlarının arzusunu ürəyində qoyur,ümidsizlik yaradır. Bütün hallarda insanlığı itirməyərək Uca Allaha inanıb arzularla yaşamaq lazımdır. Nağıllarda olduğu kimi, hər qızın bir ağ atlı oğlanı, hər oğlanın bir ağ göyərçini, xoşbəxtlik quşu var. Qoy arzularızdan yeni- yeni arzular doğulsun. Şair demişkən:
Arzular müxtəlif, arzular şirin
Arzular ürəkdə qucaq qucaqdır.
Uşaqlıq illərimizin ən yaxşı mahnılarından biri:
Arzular, arzular
Şirin arzular...
Arzuların həyata keçməsi üçün hamılıqla dünyada sülhü və əmin-amanlığı qorumağı, mehriban qonşuluq və əməkdaşlığı inkişaf etdirməyi, dinindən, millətindən asılı olmayaraq insana və insanlığa dəyər verməyi bacarmalıyıq.
Hamınıza aydın səma, əmin - amanlıq və arzularızın həyata keçməsi arzusu ilə...
28 08 2021ci il ADİ.
Bir uşaq, səma və mətn şəkili ola bilər
tolishstan.com
Category: Sosial şəbəkə xəbərləri | Views: 246 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: