16:19
Adil Əliyevin Çexiya biznesi: erməni adlar və özünün etirafı

Araşdırmaçi jurnalist Cavanşir Həsənli özünün feyzbuk səyfəsində  millət vəkili Adil Əliyevə aid ilginc faktlar açıqlayıb,

Kifayət qədər qalmaqala səbəb olacaq bu sənədlərə ilk baxanda gözlərimə inanmadığımı bəri başdan söyləməliyəm. Söhbət Çexiyada vaxtilə deputat Adil Əliyevə, hazırda isə qardaşına və onun ailəsinə məxsus West End Center s.r.o. şirkətinə aid sənədlərdən gedir.
Xatırladım ki, bu araşdırma ilə bağlı şirkətə aid 57 müxtəlif sənəd incələnib. Adil Əliyevin Çexiyada biznesi barədə mətbuatda əvvəllər də yazılıb, amma deputat bir qayda olaraq iddiaları təkzib edib, qardaşının biznesi ilə əlaqəsi olmadığını, bu sahədən uzaq olduğunu deyib.
Sənədlər isə onun vaxtilə Çexiyada biznesinin olduğunu, 2016-ci ildə biznesini qardaşının ailəsinə devretdiyini göstərir. Düzdür, Çexiyada biznesə başlayanda o deputat deyildi, amma polis orqanlarında heç də kiçik vəzifə də tutmurdu. Həmin ərəfədə o, Kikboksinq Federasiyası prezidentliyinə yenicə seçilmişdi.
Beləliklə, sənədlərdə qeyd olunduğu kimi Adil Əliyev və ortaqları 2001-ci ildə Çexiyada öz biznesini qurmaq üçün bu ölkədəki yerli şirkətlərdən birini satın almaq qərarına gəlir. Danışıqlar o zaman Karlovı Varının Krale Jiriho küçəsi 31 ünvanında yerləşən , “Hasval” s.r.o. (hasval çox ehtimal ki, ermənicə sözdür) şirkətinin sahibləri ilə aparılır. Çexiya Ədliyyə Nazirliyindən 25229966 saylı lisenziya ilə 8 dekabr 1998-ci ildə qeydiyyatdan keçmiş şirkətin sahibləri isə… ikisi etnik mənsubiyyət baxımından erməni olmaqla 4 Rusiya vətəndaşı olub.
l) Valter B a g d a s s a r ya n (1961-cu il təvəllüdlü, daimi yaşayış ünvanı; Moskva şəhəri, Keramiçeskiy proyezd 55/1/120)
2) Asmik T o v m a s s y a n (1964-cü il təvəllüdlü, qeydiyyat ünvanı; Moskva, Keramiçeskiy proyezd 55/1/120)
3) Serguei M o s s i i t c h o u k (1969-cu il təvəllüdlü, ünvanı: Moskva, Çertanovskays
29/2/104)
4) Mikhail Ermolaev (1971-ci il təvəllüdlü, Frjazino, Prospekt mira 6/264, Rusiya).
Şirkət satış, brokerlik və turizm sahəsində fəaliyyət göstərib. Baqdasaryan və Tovmassyan hər biri 40 faiz, digərləri isə hər biri 10 faiz olmaqla paya sahib olublar.
2001-ci ilin iyununda Adil Əliyev, qardaşı oğlu Ruslan Əliyev və digər kompanyonu Rusiya Federasiyası Dzerjinsk şəhəri, 1-ci mikrorayon 35/91 ünvanında qeydiyyatda olan 26 may 1971-ci il təvəllüdlü Olqa Krassovskaya “Hasval” şirkətinin sahibləri ilə razılaşma əldə edirlər. Yeni kompanyonlar adından Olga Krassovskaya şirkətin sahibləri ilə 8 iyunda alqı-satqı müqaviləsinin bağlanması, notarial proseslərin aparılması üçün Rusiya paytaxtındakı Melniçenko E.O. notarial kontorunda (lisenziya nömrəsi 977) bir araya gələrək, Karlovı Varıdan gələn vəkil Roman Şlexteyə etibarnamə verirlər. Bundan 4 gün sonra, yəni iyunun 12-də şirkətin yeni təsisçilərə devredilməsi barədə notarial müqavilə imzalanır. Avqustun 21-də şirkət yeni ünvan göstərilməklə reyestr xidmətinə yenidən qeydiyyata təqdim olunur. Sənəddə göstərilir ki, “Hasval” bundan sonra West End Center adlandırılacaq.
Sentyabrın 6-da isə Adil Əliyev və qardaşı oğlu Ruslan Əliyev Baqdasaryan və şəriklərindən notarial müqavilə ilə satın alınan şirkətdə pay bölgülərinin müəyyənləşdirilməsi, eləcə də müvafiq sənədləşmənin aparılması üçün Moskvada vəkil Şlexteyə etibarnamə verirlər.
26 sentyabrda şirkət Ədliyyə Nazirliyində yenidın qeydiyyata alınır və Olqa Krassovskaya 50%, Adil və Ruslan Əliyevlər isə hər biri 25 faiz paya sahib olurlar. Şirkətin yeni ünvanı Karlovy Vary, Zahradní čp. 616/1 olaraq göstərilir. Onun idarə olunması isə Çexiyada yaşayan 11 nogabr 1971-ci il təvəllüdlü azərbaycanlı Fəxrəddin Mirzoyevə həvalə olunur.
2004-cü il yanvarın 8-də şirkətin yeni kompanyonlar tərəfindən alınması prosesi tam başa çatır, keçmiş sahiblərinə bu müddətdə 298 min ABŞ dolları ödənilir, əvvəlki təsisçilər qarşısında heç bir öhdəlik qalmır. Vəsait hissə-hissə ödənilir;
13 iyun 2001-ci ildə 58 min dollar (o zamankı kursla 2.181.902 çex kronu);
14 iyun 2001-ci ildə 180 min dollar (yəni 6.771.420 kron);
31 sentyabr 2001-ci ildə 35 min dollar (1.316.665 kron);
6 fevral 2002-ci il tarixdə 25 min dollar (875.900 kron).
Ödəmə ilə bağlı 8 yanvar 2004-cü il tarixli notarial sənəddə Ruslan Əliyevin imzası olsa da, aydın məsələdir ki, bu ödəmə digər təsisçilərin iradəsindən kənar olmayıb.
2004-cü il yanvarın 4-də Olqa Krassovskaya şirkətdən ayrılır, şirkət bütünlüklə Adil və Ruslan Əliyevlərə aid olur (Ruslan Əliyev 75 faiz, Adil Əliyev 25 faiz). Həmin il martın 30-da şirkətdə yenidən pay bölgüsü aparılır və Adil və Ruslan Əliyevlər hər biri 50 faizlik paya sahib olurlar. 2005-ci ildə Adil Əliyev deputat mandatı alsa da, biznes fəaliyyətinə davam edir.
2005-ci ildə şirkətə Karlovı Varı sakini Roman Stanov şirkətə müdir təyin olunur. 2010-cu ildə Ruslan Əliyev özünün 50 faizlik payını Yunan Kiprinə aid Ara Holding Limited şirkətinə satır. 2011-ci ilin maliyyə hesabatına görə şirkətin mal varlığı 17 milyon, 2015-ci ildə isə 20 milyon krona yaxın olur (o zamankı kursla 1 milyon dollar civarında). Şirkətin əmlakı evlər, inşaat sahəsi və torpaq sahələri təşkil edir. 15 iyul 2012-ci ildə Adil Əliyev öz hissələrinj Aybəniz Əliyevanın adına keçirir. 2016-cı iıin aprelinə qədər Aybəniz Əliyeva şirkəti Ara Holdinqlə şərik idarə edir. 2016-cı ilin aprelin 7-də Adil Əliyevin qardaşı Allahverdi Əliyev və onun həyat yoldaşı Tamara Əliyeva şirkətdə pay sahibi olurlar. Eyni zamanda Ara Holding ortaqlığı tərk edir, bu şirkətə aid hissələr yenidən Ruslan Əliyevə keçir.
Skandal mövzu olduğu üçün deputat Adil Əliyevin özü ilə əlaqə saxlayıb sənədləri özünə də göndərdim və onun tərəfindən də mövzuya bir aydınlıq gətirilməsini istədim. Sağ olsun, cavablandırdı. Yəqin ki, təqdim etdiyim araşdırma ilə bağlı bəzi suallara kiçik müsahibə janrında təqdim etdiyim sual-cavabda özünüz də cavab tapa biləcəksiniz.
– Hər vaxtınız xeyir, Adil müəllim. Göndərdiyim sənədlərlə bağlı fikrinizi bilmək maraqlı olardı. Təşəkkür edirəm
– Salam, buyurun, nəyi bilmək istəyirsiniz? Bu sənədlər 2001- ci ildə olubdu. Millət vəkilliyindən öncə.. mətbuatda bu barədə məlumat gedib. Hal hazırda, orda mənimlə bsğlı, heç bir bağlantı yoxdu..
– Bu sənədləri də Avropada, internet vasitəsilə, rahat əldə etmək olar. Diqqətiniz üçün təşəkkür edirəm.
– Amma təkzib edirdiniz. Sənədlərə görə şirkət ermənilər tərəfindən təsis olunub, siz onu almısınız, əvvəlki sahiblərinə bunun üçün 298 min dollar ödənilib.
– Müəllim, o vaxt da demişəm, indi də deyirəm, şirkət adi şirkətdi, qardaşım oğluna məxsusdu. Onun da 298 yox, ondan artığı da var..)
Mənə heç bir aidiyyatı yoxdur.
– Axı siz o zaman şərik almısınız və şirkətini aldığınız şəxslərdən ikisi – Bagdasaryan və Tovmassian milliyyətcə erməni olan Rusiya vətəndaşlarıdır.
– Müəllim, şirkətə ortaq olmayıblar, orda olan 4 mənzildən ikisi başqa adamların adınadır. Şirkətin adına 4 mənzil olub, ikisini Ruslan Əliyev alıb, birini özünə, birini də əmisinə. Orda mənzili erməni də ola bilər, gürcü də.
– Adil bəy, sənədlərdə söhbət mənzillərdən yox, şirkətdən gedir…
– Müəllim, bu qədər əziyyət çəkib, sənəd çıxartmısan, axıra qədər axtarsan görərsən ki, şirkətin başqa işi yoxdur, adına evlər olub.. Bunu da həmkarınız gedib Çexiyaya, Karlovı Varıya, çəkib, milləti də məlumatlandırıb. Üstəlik dövlət qurumlarına da məlumat verib. Həmkarınız Tural Sadıqlı. Youtubda çoxdur.
– Ok, təşəkkür edirəm
– Buyurun!
ANAXEBER.info

Category: XƏBƏRLƏR | Views: 577 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: