19:04
Azərbaycan hökuməti Talışları öz vətəndaşı kimi sayırmı?
Azərbaycan hökuməti Talışları öz vətəndaşı kimi sayırmı? 

Onların problemləri həll edirlərmi? 

 
TMMR Iqtisadi inkişaf naziri .
TMMR-in insan hüquqlarının müdafiə kommisiyasının üzvü .


   Bəli, bir çox milli, irqi və mədəni problemlərin həllində illərdir israrla etdiyimiz müraciətlərin, təklif və təkidlərin heç birinə məhəl qoyulmur və bir çox seçilib sayılan təşkilat və orqanların təkidinə rəğmən hələ də heç bir reaksiya verilməyib və verilmir. Buna görə də belə bir biveclik Talış xalqını “yoxluq” bunalımının tam içində girdaba sürükləyir. Və bu “yoxluq” bunalımı onların bir xalq kimi sanki heç bir zaman olmamış yaxudda hər zaman bu var olan mühitin və ya sistemin bir parçası kimi yaşamasının normal və onların öz daxili milli, mənəvi hiss və həyəcanlarının isə anormal olmasını və hər zaman belə yaşamanın daha düzgün və doğru olmasını öz əqli düşüncə sisteminə diqtə edir və vücudunun bunu qəbul etməsini öz və özülünə aşılayır, nəticədə formalaşan dalğa frekansının yüksək cərəyan və şiddətindən manipulyasiya və gərginlik tezlikləri arasında dəyişən əqli fikri itələmə və köçürmələrin fərqinə varmır . Bunların hamısına qısa bir nəzər yetirdikdə isə, belə bir sual ortaya çıxır: Azərbaycanda etnik azlıq olan Talışlar  rejim tərəfindən “vətəndaş” kimi sayılırmı? Onların haqq və hüquqları yetərincə bərpa edilirmi?  

          “Bir suala cavab axtararkən yüz yeni sual ortaya çıxır.”  

    ..görünürdə, sanki heç bir problem yoxdur və hər şey yolunda və öz axarındadır. 

       “Görünməzlik şeyin yoxluğuna deyil, işığın azlığına dəlalət edir.” 

 Əslində isə, bu bizim məsələlərə hansı prizmadan baxdığımıza və bəzəndə nə görmək istədiyimizdən asılı olaraq mürəkkəb çeşidliliyə yuvarlanır. İş və məsələlərin yanaşma prizmaları getdikcə artır, buda nəticədə problemlərin görünmə tezliyi və qavranılmasını çətin və anlaşılmaz girdab içində uzatdıqca uzadır.. 

     “Fəlsəfi sistemlərin ən böyük naqisliyi daltonizmdir. Dünyanı ancaq ağ və qara rəngdə görənlər reallığa nə qədər yaxınlaşırlarsa, ancaq varlıq və yoxluqdan, xeyir və şərdən, həqiqət və yalandan çıxış edərək bu kənar hallar arasındakı rəngarəngliyi görməyənlər də reallığı o qədər mənimsəyirlər.” 

   Bir çox tanınmış jurnalist, blogger, orqan və təşkilatların rəyindən belə bir nəticə əldə etmək olar ki, talışlara Azərbaycan Respublikası tərəfindən “vətəndaşlıq statusu” verilsə də bu formal xarakter daşıyır və onların dilləri əlindən alımış, öz gündəlik yaşamlarında maddi və mənəvi savaş və problemlərlə üz üzə buraxılmışdır. Amma başqa bir nəzər nöqtəsindən baxıldıqda buna rəğmən bütün bu etnik, irqi, irsi məsələləri tam həlli üçün “dünya susur” demək dahamı doğru olardı? Demək olar ki, qərb ölkələri Azərbaycanın repressiv siyasətinə və insan haqlarının pozulmasına ən çox reaksiya göstərir amma onlarında bəzisi iqtisadi hesablamalar və maraqlardan dolayı bu məsələyə aşkar münasibətini bildirmir. 

                         “Faktlar çoxdur, həqiqətsə - bir.” 

    Ümumiyyətlə, Azərbaycan hökuməti hər cür müxalifəti hər vasitə ilə əzən son dərəcə avtoritar bir hökumətdir. Yalnız Talış müxalifətini deyil, həm də liberallaşma və ya demokratikləşmə tələb edənlər və fərqli azlıqlar hədəf alınır. Məsələn, əvvəllər Azərbaycan Xalq Cəbhəsinin hərəkatı inanılmaz şəkildə repressiyaya məruz qalmış və həmçinin digər müxalif qüvvələrdə eyni şəkildə repressiyaya məruz qalmışdı. Bu səbəbdən Talış müxalifətinə nə edildiyi heçdə təəccüblü deyil. İşgəncə düşərgələri iyirmi birinci əsrdə hələ də insanları “YAP” Partiyası ilə uyğunlaşdırmaqda, əks fikirləri qorxutmaqda çox yayılmış bir vasitədir. Azərbaycanın siyasi rəhbərliyinə qarşı çıxan hər kəs bu şəkildə hədəf alınır. Bugünlük mövzunu tamamlayıram və ikinci hissədə bu cavabsız qalan suallara daha ətraflı aydınlatmağa çalışacağam...

Farhad Asadov .
Category: XƏBƏRLƏR | Views: 282 | Added by: tmmrtalish | Tags: Farhad Asadov . | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: