20:08
BENZİN BÖHRANI
BENZİN BÖHRANI 
Azərbaycan televiziyasının ATV və Xəzər kanalları xəbər verir ki:  ,,Benzin Aİ-98  daha 5 qəpik bahalaşaraq 1manat 60 qəpiyə satılır. Qiymətin bahalaşması, idxal xərcləri ilə əlaqədardır. Belə ki, əvvəllər Aİ-98 benzini Rumıniyadan idxal olunurdu, indi isə Gürcüstandan idxal olunur. Bu isə əlavə xərclər tələb edir ".
 Görəsən bu mətni yazan,  mətni oxuyan coğrafiyanı bilmir, Gürcüstan qulağımızın dibində, Rumıniya Avropanın göbəyində yerləşir? Yoxsa milləti dolayırlar?
 Həqiqətənmi 30 illik müstəqillik illərində biz Aİ-98 benzininin istehsalını təşkil edə bilmirik, amma öz nefti olmayan kasıb Gürcüstan istehsal edə bilir, hətta baha qiymətə bizə sata da bilir? Yoxsa bu da SOKAR ın növbəti dələduzluğudur, pul maxinasiyalarının bir formasıdır?
 Uca Allahın bizə bəxş etdiyi dəniz hasarlanıb, sadə vətəndaşlar yox, yalnız seçilmişlər istifadə edə bilir. Bizim qazımız xaricə bizdən iki-üç dəfə aşağı qiymətə satılır, limitsiz. 
Neft və neft məhsulları bizdə, neft istehsalı ölkələri arasında ən baha qiymətə satılır. Müqayisə üçün deyim ki, benzin bizə nisbətən Qazaxıstanda 2, İranda 3, Türkmənistanda 4 dəfə ucuzdur. Əgər öz ölkəmizdə öz məhsulumuzu dünya bazar qiymətlərindən dəfələrlə baha qiymətə alırıqsa, bu müstəqillik çoxmu bizə lazımdır? Təəssüf ki, 30 il ərzində nə hüquqi dövlət, nə sərfəli iqtisadiyyat qura bilmədik. Əhalinin rifah halını nəinki qaldıra bilmədik, əksinə aşağı düşür. 
 Dövlət kömrük xidməti isə, plandan əlavə 328 milyon manat pul toplamağı ilə öyünür. Axı bu istehsal deyil, əhalinin cibinə girib əlavə vergi yığımıdır, bununla necə öyünmək olar? Əvəzində ölkədən kənd təsərrüfatı məhsulları çıxarmaq istəyən sahibkarlar qan ağlayır...
 Vətənimiz Azərbaycanı Müstəqil, Demokratik və çiçəklənən görmək arzusu ilə...

 04 08 2021ci il       ADİ.
Category: XƏBƏRLƏR | Views: 284 | Added by: tmmrtalish | Tags: 04 08 2021ci il ADİ. | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: