18:57 Britaniya “çirkli pulları” xərcləyən məmurların hesabatını açıqladı – | |
Britaniya “çirkli pulları” xərcləyən məmurların hesabatını açıqladı –Zamirə Hacıyevanın adı sənədə salınıbDünyada cinayətkar dəstələr və korrupsioner məmurlar tərəfindən əldə edilən 300 milyard funt sterlinqdən çox pul İngiltərədə xərclənib. tolishstan.com reyting.az-a istinadən bildirir ki, bu barədə “Daily Mail” “Transparency International”-ın yeni bir hesabatına əsasən yazıb. Çirkli pullar xüsusi təyyarələr, yaxtalar, zinət əşyaları, universitet kursları, özəl məktəbdə təhsil və hətta gözəl şərab alışları ilə “yuyulub”. Çirkli pullarını Britaniyaya necə gətirildiyini öyrənmək üçün son 400-dən çox korrupsiya hadisəsi təhlil edilib. 86 bank və ya maliyyə fondu, 81 hüquq firması və 62 mühasibat şirkəti daxil olmaqla İngiltərənin 600-dən çox biznes qurumu istər-istəməz bu pullardan faydalanıb. “Daily Mail” bununla bağlı “McMafia” ləqəbi almış Zamirə Hacıyevanı misal göstərir. Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı İngiltərədə ən çox şübhəli mənbəli pul xərclənmiş şəxslərdəndir. | |
|
Total comments: 0 | |