12:48
Çində aksiyaçılar yolları bağlayıb, hökumət binalarını blokadaya alıblar

Çində aksiyaçılar yolları bağlayıb, hökumət binalarını blokadaya alıblar

Foto: Getty images

Çində müxalifət qüvvələrinin asanlıqla həbsinə şərait yaradan yeni qanun layihəsinin parlamentdə müzakirəsi təxirə salınıb.

BBC yazır ki, buna səbəb on minlərlə insanın küçələrə axışaraq aksiya keçirməsi olub.

Etirazçılar parlament binasına doğru yürüş edib, şəhərin mərkəzi küçələrindən biri olan “Lung Wo” küçəsini nəqliyyata bağlayıblar. Qara maskalı və əlcəkli aksiya iştirakçıları yollara barikadalar qurub, hökumət binalarını blokadaya alıblar.

Yüzlərlə polis aksiya iştirakçılarına bibər qazı ilə müdaxilə edib və onların ən qısa vaxtda küçələri boşaltmaları tələb olunub, əks halda daha sərt müdaxiləyə məruz qalacaqları barədə xəbərdarlıq edilib.

Honkonq mediasının yazdığına görə, yeni qanun layihəsi 20 iyunda parlamentdə səsverməyə çıxarılacaq.

Yeni qanun nə deyir: Qanun layihəsi cinayət və təcavüz kimi ittihamlarla Honkonqda saxlanılan şüphəlilərin Çin, Tayvan və Makaoya ekstradisiya olunmasına imkan verəcək. Layihədə siyasi və ya dini əsaslarla saxlanılanların ekstradisiyasının nəzərdə tutulmadığı iddia olunur.

Qanuna niyə etiraz olunur: Etirazçılar Böyük Britaniyanın keçmiş koloniyası olan Honkonqun Çinin məhkəmə sisteminə uyğunlaşmasından ehtiyat edirlər. Onlar xüsusilə müxalif şəxslərin Çin həbsxanalarında işgəncəyə məruz qalacağından, həmçinin Honkonqdakı məhkəmələrin müstəqilliyinə kölgə düşəcəyindən narahatdılar.

Category: XƏBƏRLƏR | Views: 638 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: