20:20
Deputat Musa Quliyev: "Qiymət artımı infilyasiyanın subyektiv təsirləridir
Deputat Musa Quliyev: "Qiymət artımı infilyasiyanın subyektiv təsirləridir.


Bazarda möhtəkirliyə qarşı kifayət qədər nəzarət olarsa, monopoliya və məhsul inhisarçılığına qarşı lazımı tədbirlər görülərsə belə ciddi qiymət artımı təhlükəsi bizi gözləmir. Amma əlbəttə ki, nəzarətsiz buraxılarsa belə bir təhlükə ola bilər. Qiymət artımı sadəcə Azərbaycanla bağlı deyil. Dünyada pandemiya ilə bağlı iqtisadi fəallıq aşağı düşüb. Son illər davam edən iqlim dəyişikliyi, quraqlıq və havaların isti keçməsi bir çox ərzaq məhsullarının, xüsusiylə kənd təsərrüfatı sektorunda istehsal olunan ərzaq məhsullarının qıtlığına gətirib çıxarıb. Bu qıtlıq səbəbi ilə bütün dünyada ərzaq və çox işlənən malların, o cümlədən xidmətlərin qiymət artımı müşahidə olunur. Həmçinin Azərbaycanda da bu ilin ikinci yarısından başlayaraq bu qiymət artımını vətəndaşlarımız hiss ediblər. Hökumətin parlamentə verdiyi məlumata görə, gələn ilin birinci yarısında artıq bu qiymət artımı tamamiylə tənzimlənəcək və maaşların və pensiyaların artımı qiymət artımını üstələyəcək".

tolishstan.com
Category: XƏBƏRLƏR | Views: 168 | Added by: tmmrtalish | Tags: ​​​​​​​tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: