17:12 Dünyada Talış təşkilatları siyahıyaalınma barəsində birgə Bəyanatı | |
Dünyada Talış təşkilatları siyahıyaalınma barəsində birgə Bəyanatı Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən talış milli fəallarının, içtimai birliklərin, siyasi təşkilatların Birləşmiş Millətlər Təşkilatının qərarına müvafiq olaraq, növbəti 10 il üçün, 01 - 10 oktyabr 2019-cu il tarixlərində ölkədə keçirilmiş əhalinin siyahiyaalınmasının nəticələrinə etiraz B Ə Y A N A T I : Müvafiq olaraq, 2019-cu ilin 1 oktyabr tarixindən 10 oktyabr tarixinə kimi, Azərbaycan Respublikasında əhalinin siyahiyaalınması, Azərbaycan Respublikasında qüvvədə olan Əsasnaməyə üyğün əhalinin sayı, demoqrafik tərkibi, sosial-iqtisadi vəziyyəti və digər parametrlərin real, mövcud durumunu müəyyənləşdirilməli idi. AR hakimiyyətinin hələ, ilin əvvəlindən elan etdiyi bu məsul tədbirin keçirilməsini Dövlət Statistika Komitəsinə tapşırmaqla, büdcədən kifayyət qədər böyük - 23,2 milyon manat vəsait də ayrılmışdır. Talış xalqının öndə olan, ictimai-siyasi fəalları bu, növbəti 10 il üçün vacib olan Dövlət tədbirinin keçiriləcəyi prosseslərinə ötən illərin "əhalinin siyahıyaalma" təcrübələrini nəzarə alaraq, bu siyahıyaalmanın da saxtalaşdırılacağını əvvəlcədən proqnoz vermişdilər. Hamıya bəllidir ki, əgər Dövlət idarəçilik institutları sivil dəyərlərə uyğun fəaliyyət göstərsəydi, bu tədbirin nəticələri Beynəlxalq təşkilatlardan daha çox elə AR Dövlətçilik maraqlarına xidmət və əhəmiyyət kəsb etməli idi. Lakin, hazırkı Hakimiyyət nümayəndələri, eləcə də ölkə rəhbərliyi bu vacib və əhəmiyyətli Dövlət tədbirinin total saxtalaşdırılmasına rəvac verdilər. Belə ki, az-çox müstəqilliyini qoruyub saxlayan elektron mətbuatın apardığı sorğuların, sosial şəbəkələrdə gedən qızğın müzakirələrin nəticələrindən bəlli oldu ki, məxsusi təlimatlandırılmış sayıcılar ölkədə olan mənzillərin yalnız 13-15%-nə gələrək, bilərəkdən çoxsaylı səhlənkarlıqlarla, əsasnamə pozuntularına yol vermişlər. Daxil olan məlumatlara əsasən, siyahıya alan şəxslər xalqın ana dili, etnik mənsubiyyətini soruşmadan, "azərbaycanlı" olmalarını qeyd etmişlər. Etnik mənsubiyyətini “talış” yazdırmaq istəyənlərə isə, “talış yazdırma, səni işdən çıxararlar” kimi, hədə-qorxular gəlmişlər. Siyahıyaalma ilə məşğul olan sayıcılar evlərə müvafiq blanklarla deyil, əsasən şagird dəftəri ilə getmiş, ya da ki, blankları karandaşla dolduraraq, vətəndaşlar barədə məlumatları sonradan saxtalaşdırmışlar. Bir çox hallarda evlərə getməyən siyahıyaalanlar kənd və şəhər bələdiyyələrindəki əhalinin siyahılandan istifadə edərək blankları doldurmuşlar. Çox yəqin ki, Ölkə rəhbərliyinin tələblərinə uyğun olaraq, total qaydada saxtalaşdırılmış müvafiq nəticə ilin sonuna qədər elan ediləcəkdir! Bu dəfə də, 2009-cu ildə olduğu kimi, talışların real sayının on dəfədən də az göstərilməsi ənənəsi davam etdiriləcəyi gün kimi aydındır. Talış Xalqının ictimai-siyasi və digər təşkilatları növbəti 10 ilin siyahiyaalmasını tam saxta şəkildə aparıldığını elan etməklə, Talış xalqına aid elan ediləcək nəticələri qəbul etmir və bəri başdan ediləcək hər hansı açıqlamaları qətiyyən qəbul etmir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və Baş Asambleyasına müraciət edərək, qətiyyətlə tələb edirik; Azərbaycan Respublikasında, 2019-cu ilin oktyabr ayının 1-dən 10-na qədər keçirilən əhalinin siyahiyaalınma nəticələri ləğv edilsin! Təkidlə xahiş edirik ki, Azərbaycan Respublikasında 01-10 oktyabr 2019-cu il tarixində “keçirilən” əhalinin siyahıyaalınması Beynəlxalq təşkilatların iştirakı ilə, yenidən kecirməsinə Qərar verilsin! Bəyanat, Talış ağsaqqallarının Ali şurasında və ictimai-siyasi, icra hakimiyyəti nümayəndələrinin müzakirəsi əsasında qəbul edilib. Ələkrəm Hummətov , TMMR – ın prezidenti . Rəhim Mirzəyev, TMMR Mühacir Hökumətinin baş naziri . Əlimərdan Şükürov Talış Ağsaqqalları Ali Şurası Təşkilatı Komitəsinin sədri. Seyidəmir Məmmədzadə , Azərbaycan Xalqların Demokratik Partiya Təşkilati Komitəsinin sədri . Muhaddin Abdulov ТMMM Sankt-Peterburq şəhəri üzrə rəhbəri. Vuqar Salayev - Talış gənclər ittifaqı rəhbəri Rafaq Babayev - Sankt-Peterburq şəhəri üzrə «Talış» TMMM rəhbəri . Zahirəddin İbrahimi , Talış Xalqinin Hüquqlarını Müdafiə Komitəsinin sədri . Ruslan Almaszada , Talış Milli Hərakatının sədr müavini . Müşfiq Abbasov TMMM Kemerov vilayətinin Novokuznesk şəhəri üzrə rəhbəri. Mehdibəy Səfərov , Azeri-Talış Ictimai Birliyin sədri. Paşinov Serqey TMMM AVESTA İrkutsk şəhəri üzrə rəhbəri. Elşən Həsənov TMMM Yekaterinburq şəhəri üzrə rəhbəri. * TMMR - Talış Muğan Muxtar Respublikasının ** TMMM - Talış Milli-Mədəni Muxtariyyəti tolishstan.com | |
|
Total comments: 0 | |