13:43
Jurnalist aclıq aksiyasını davam etdirir

 

Jurnalist aclıq aksiyasını davam etdirir

Jurnalist aclıq aksiyasını davam etdirir

Jurnalist Polad Aslanov ittihamı qəbul etmir, məhkəmənin qərarına etiraz edir.

Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Bu barədə vetenugrunda.az-a jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib.

O, P. Aslanovun ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini və barəsində həbs qətimkan tədbirnin daha dörd ay uzadılmasına etiraz etdiyini bildirib. 

YADDAŞ

Polad Aslanov 2019-cu il, iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır. 

Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist Polad Aslanov barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb. Məhkəmə qapalı rejimdə keçirilib.

Səbail rayon Məhkəməsinin həbs qətimkan tədbirinin uzadılması barədə qərarından sonra Polad Aslanov aclıq aksiyasına başlayıb.

O, heç bir cinayət etmədiyi üçün həbsinin qanunsuz olduğunu iddia edir.

Aslanovu dövlətə xəyanətdə ittiham edirlər. O özünü təqsirli bilmir. 

Hazırda məhbus jurnalist Dövlət Təhlükəsizliyi Xidmətinin isitintaq təcridxanasında saxlanır.

Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən jurnalistin durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Oktyabrın 10-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında Polad Aslanovla görüşüb. Bu barədə Ombusman Aparatının mətbuat xidməti məlumat yayıb. Görüşün detalları barədə məlumat verilmir.

Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.

Qeyd edək ki, Azərbaycan beynəılxalq mətbuat azadlığı indeksində 189 ölkə arasında 166 yerdədir. Bu isə çox acınacaqlı durumdur. 

http://vetenugrunda.az/azaerbaydzan/dzaemiyyaet/item/6373-zhurnalist-adzl-g-aksiyas-n-davam-etdirir?fbclid=IwAR25W5MeqzNcGIMtJG1WAD5-DMXPJlkcpSE2m8NvJbgnnaotMO33Wqwlke4

tolishstan.com
 
Category: XƏBƏRLƏR | Views: 436 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: