Lerik sakini Dövlətdən əlini üzüb , xalqa muraciət edib
Lerik rayonu Bradi kənd sakini Qurbanov Qədir Qurbanəli oğlu : “Üçü azyaşlı məktəbli olmaqla 5 nəfər ailə üzvümüz var. Özüm 3-cü qrup əliləm, cəmi 110 manat sosial müavinat alıram. Nə işləməyə iş var, nə də kənarda gedim işləməyə imkanım. Aldığım 110 manat dava-dərmanlarıma çatmır. İsti havalarda yenə bir təhər keçinə bilirik, qış aylarında ailəmiz aclıq və soyuqdan ölüm təhlükəsi ilə üz-üzə qalır”.
Qurbanov Qıdir bu barədə dəfələrlə Lerik Rayon İcra hakimiyyətinə müraciət etsə də, heç bir kömək olmadığını, ancaq yalan vədlərlə onu yola verdiklərini bildirib: “İş yerləri açılsa məni işlə təmin edəcəklərini deyirlər. İcra hakimiyyəti və digər qurumlardakı şəxslər ümid verməklə işlərini bitmiş sayırlar. Amma gələn yaza çıxmağımıza ümidimiz yox. Qohum-əqraba, qonşular ərzaq və yeməklə yardım edirlər. Evimiz qəzalı vəziyyətdədir. Hər an üstümüzə uça bilər. Qar- yağış suları başımıza tökülür”.
Müraciətin sonunda xəcalət çəkdiyini və Azərbaycan xalqından kömək istədiyini deyən Qurbanov Qədir: “Bütün dövlət orqanalrına etdiyimiz müraciətlər cavabsız qaldığı üçün, çarəsiz qalıb utana-utana Azərbaycan xalqına müraciət etmək məcburiyyətində qaldım. Bilirəm xalqımız məni bu çətin vəziyyətdə qoymaz. Onda hakimiyyətdəkilər görəsən utanacaqmı?”-deyə qeyd edib.
Qurbanov Qədir Qurbanəli oğlunun yaşadığı evin fotoşəkillərini və əlaqə nömrəsini təqdim edirik.
Lerik rayonu, Bradi kəndi, əlaqə telefonu 077 751 09 70 .
tolishstan.com
|