10:44
Mədəni surətdə Dağlıları (Tatları) assimilasiya siyasəti davam edir.
                 Mədəni surətdə Dağlıları (Tatları) assimilasiya siyasəti davam edir.

tolishstan.com verdiyi xəbərə görə , sosial media olan facebookda   TAT qrupunda belə məqalə yazılıb .Həmən məqaləni  sizə təqdim  edirik:

 

     " Mədəni surətdə Dağlıları (Tatları) assimilasiya siyasəti davam edir. Bakıda o qədər çirkin və iyverən yerlər var ki, oralar qala qala nədənsə gəlib Dağlıların (Tatların) kompakt yaşadıqları yaşayış məskənlərini sökürlər. Guyaki abadlaşdırırlar.Evlərimizi başımıza uçurdurlar. Halbuki bir qram memarlıq anlayışı olmayan başımızdakı bu Naxçıvanlı və Yezidi Kürd tayfası məmurlar, bu cür qədimi yaşayış məskənlərini təmir edib İtalyadakı turistik məhlələr kimi etmək yerinə sökürlər.  
Fikir verin: sırasıyla, Bakının  Sovetski, indi sırada Kubinka və Paparnin var. Məqsəd şəhərin gözəlliyi deyil.Gözəlliyə qalsa şəhərdə gözəlləşdirməli o qədər yer var ki.. Məqsəd başqadır. Bir neçə səbəbləri var. 
1) Məqsəd odur ki, bu əraziləri söküb bu ərazilərin qədimi yerli sakinləri Dağlıları (Tatları) şəhərin mərkəzindən çıxartmaqdır. Əvəzində həmən ərazilərdə yaşıllıq salıb, yeni binalar tikib varlı Naxçıvanlılara və ərəblərə satacaqlar.Onlara keyfiyyətli və lüks yaşayış yeri yaradırlar. Dağlılara verilən pulla isə sadəcə Sulutəpə kimi yerlərdə ev almaq mümkündür. Oda gücnən bəlaynan.
2) Dağlıları (Tatları) yayırlar ki, səpələnsinlər, bir arada yaşamasınlar. Çünki bir arada yaşadıqlarında bir biriləriylə ailə qururlar və sayıları artır. Onsuzda 1.4 milyona yaxın Tat var. Bunun özü belə başdakıları vahiməyə salan bir rəqəmdir.Bunu yuxardakılar çox yaxşı bilir. Buna görədə son yüz ildir bu milləti idarə edə bilmək üçün onu Tat/Dağlı/Bakılı/Lahıc/ kimi müxtəlif adlara parçalayıblar və parçalamağa davam edirlər.Əgər bunların Tat millətinə hörməti olsaydı Bakının göbəyində qədimi Tat yaşayış məskəni olan Balaxanının yollarını düzəldərdilər, oraları abadlaşdırardılar. O balaxanıdan çıxan Tat nefti hesabına Qərbi zonadan olan çox Naxçıvanlı çox Yezidi Kürdü məmurlar adam oldu çıxdı ortalığa.Özünüzə hörmət edin və Balaxanını abadlaşdırın. Binalarını görkəmini.Həmçinin Maştağa, Zirə, Binə bütün Bakı kəndləri. Sökməyin! təmir edin, abadlaşdırın. 

P.S. Əzizlərim bizlər Tat milləti olaraq bir olmalıyıq, ayıq sayıq olmalıyıq. Haqqınızı qətiyyən heçkimə yedirtməyin. Bir birinizi hər sahədə müdafiə edin. Çeçen kimi birlik olun.Bir Tatın başına biri çıtma vursa tez başına çıtma dəyəni müdafiə edin."

Category: XƏBƏRLƏR | Views: 611 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: