18:30
Mənə cənublu deməyin
Mənə cənublu deməyin

Mənə cənublu deməyin ,
Cənublu deyiləm mən ,
Mən şirin şir balasıyam ,
Adına Talış deyilən !
Mən canını bu torpağı
Qorumaqçün verənlərin
Nəvəsiyəm ,
Mən Kadusam ,ərənlərin
Nərəsiyəm !
Zirvələrdən zirvələrə
Söykənərəm Savalana ,
Qoymayın içimdə yatan
Qoca şiri oyanmağa ,
Elə bir nərə çəkərəm
Bütün bəşər havalanar ..
Mənə cənublu deməyin ,
Sızıldayır axı yaram ,
Bu torpağı qarış - qarış
Sevənlərin sırasında
Mən də varam !
Düşünməyin təkcə sizi
Qınayıram ,
Elə mən də günahkaram .
İllər ilə danışmadım
Öz dilimdə , günahkaram .
Bir vaxt vardı
Necə gözəl səslənərdi :
İnə , Dodo, Lələ , Dadaş ...
Onlar bizim evimizdə
Annə , Baba , Abi ,Amca ,
Abla olur yavaş - yavaş ...
Çox şeyimi itirmişəm ,
Çox şeyimi unutmuşam ...
Bircə şeyi unutmadım :
Mən talışam !
Ürəyimdən kəm olmayıb
Allah xofu heç bir zaman ,
Qadir Allah hifz edibdir
Mərdliyimi zaman - zaman...
Neyləyim , öz ürəyimlə
Bacarmıram , çox kövrəyəm ,
Ağlayanla ağlayanam ,
Güləyənlə güləyənəm ...
Nə gizlədim , boşluğum var ,
Bəzən hətta düşmənimi
Dost bilmişəm ,
Bəzən hətta öz adımı
gizlətmişəm ...
Bəzən hətta utanmışam
Öz dilimdə danışmağa ,
Haqqınız var indi məni
Qınamağa ...
Ay adımı ,, qara dəftər "
Vərəqində qeyd edənlər ,
Çıxardın ordan adımı !
İmkan verin öz adımı
Atam kimi daşımağa,
İmkan verin cənnətimdə
Adam kimi yaşamağa !
İstəyirəm öz adımı
Bütün dünyaya bağıram ,
İstəmirəm öz adımı
Pıçıltı ilə çağıram .
Qulaq asın , əziz dostlar,
Sizlərdən bircə ricam var ,
Mənə cənublu deməyin,
Dostlar ,mənə talış deyin ,
İçindəki qoca şir tək
Qəflətində yatmış deyin ,
Mənə cənublu deməyin ,
Talışam mən ,Talış deyin !
18.12.2020
 

 

Bəhram Şəms
Category: Tolışi poeziya | Views: 269 | Added by: tmmrtalish | Tags: Bəhram Şəms | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: