20:46 Necə baş əyim? | |
Necə baş əyim? Felyeton Şirəli ƏlyarDeyirlər keçmişdə bir padşah varmış, onun çox insafsız əyyanları varmış. Padşah onlara deyəndəki, gedin filan kənddə, filan oğrunu gətirin, onlar gedərmiş bütün kənddə olan camaatı qabağına qatıb gətirərmiş və padşaha deyərdilər, bu kəndin bütün adamları oğrudurlar. Hətta deyirlər bir dəfə padşahın bir kişinin papağına gözü düşür, deyir gedin filan kişinin papağını gətirin. Əyyanlar gedib o kişinin başını bədənindən ayırıb gətirirlər. Padşah onlardan soruşur, niyə belə edirsiz? Əyyanlar deyirlər ki, belə papağın sahibi öz papağının ardınca gələr...İndi bizim bəzi məmurlarımız qalıblar o padşahın əyyanlarının yerində. Ölkə başçısı deyib ki, ölkədə saxta yolla pensiyaya çıxanlar var, onların qarşısını almaq lazımdır. Bizim sosial təminat nazirimiz də, ağına-bozuna baxmayaraq külli miqdarda əlillərin, zəlillərin, xəstələrin pensiyasını kəsib. Sosial şəbəkələrdə pensiyalarını kəsilmiş əlillərin ahu-zarına baxanda adamın boğazından heç su da keçmir. Bazar günü avtobus işləmədiyindən Saraydan Sumqayıta taksi ilə getməli oldum. Taksi şoferi əlil idi, maşını çətin idarə edirdi. Dedim: -Qardaş, sən bu vəziyyətdə niyə maşın sürürsən? Dedi: - Əmi, birinci Qarabağ əliliyəm, neçə aylardır pensiyamı kəsiblər. Bugün-sabah düzələr, deyirlər. Amma uzadılır. Vallah, dilənçilik etməyi özümə sıxışdırmıram, axı mən birinci Qarabağ savaşının qazisiyəm, düşmənə baş əyməmişəm, indi bir qarin çörək üçün əl açıb, necə baş əyim?? Bu sözlərdən sonra mən xəcalətdən başımı əydim. Yol pulum 1 manat idi, 2 manat verdim. Mənim də gücüm buna çatdi... | |
|
Total comments: 0 | |