21:00 OLİMPİYA UĞURLARI,,MIZ " | |
OLİMPİYA UĞURLARI,,MIZ " Tokio 2020 Olimpiya oyunlarında Azərbaycanı 13 idman növündə 44 idmançı təmsil edirdi. Hələ yarışların ilkin mərhələsində 37 ,,idmançımız " məğlub olaraq Olimpiadanı tərk etməli oldu. Qalan 7 idmançımızdan 3ü, Rafael Ağayev, Rüstəm Orucov və Mariya Stadnik gümüş medal, 4 idmançı bürünc medal qazanmışdır. Müqayisə üçün deyim ki, bizim qonşumuz, demək olar ki, bizimlə eyni millət olan, cəmi 3 milyon əhalisi olan Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası Tokio Olimpiadasından 7 medalla, 3 qızıl, 2 gümüş, 2 bürünc medalla qayıtdı. Bunların arasında bircə nəfər də xarici ,,özününkiləşdirilmiş " idmançı yoxdur, hamısı Dağıstan xalqları, orda yaşayıb məşq edən idmançılardır. Əvvəllər deyərdilər güya Moskva bizə imkan vermir, sıxışdırır. İndi 30 ildir müstəqilik, bütün idmançılarımız, R. Ağayevdən başqa Müstəqilik illərində anadan olub, məşq edir. Bizə kim mane olur ki, öz idmanımıza lazımi qədər diqqət yetirək, lazım gəldikdə xarici mışqçilər, o cümlədən Dağıstandan mütəxəssislər dəvət edək, öz yerli idmançılarımızı yetişdirək? Yetişdirə bildiyimiz hər bir yaxşı idmançımız, həm də sabahın məşqçisi və ixtisaslı mütəxəssisidir. Xaricdən külli miqdarda pul müqabilində gətirilmiş idmançıların əksəriyyəti heç bizdə məşq etmir, yerli idmançılarımıza örnək olmur, karyerasını bitirəndən sonra Azərbaycanda izi- tozu belə görünmür. Hətta yüksək səviyyəli yarışlarda qazandığı medallar da onların şəxsi uğuru sayılaraq, özlərinə verilir, ölkəyə yox. Onlara sərf olunan maddi vəsaitləri, uşaq- gənclər idman məktəblərinə, idman zallarında işləyən məşqçilərimizə sərf etsək, inanın, nəticələrimiz daha ürəkaçan olacaq. Respublika ərazisində çoxlu sayda idman sarayları, Olimpiya idman kompleksləri olmağına baxmayaraq, əksəriyyəti sadə vətəndaşların üzünə bağlıdır. Ya mütəxəssis yoxdur, ya da ödəniş qiymətləri həddindən artıq bahadır. Kütləvilik olmayan yerdə, istedadlı idmançıları erkən yaşlarında müəyyən etmək çox çətindir. Biz müəyyən edəndə isə gec olur. Düşünürəm ki, xarici idmançıların milli komandalarımıza dəvəti, əksər hallarda dələduzluq və pul maxinasiyasıdır. Bu hallara heç cür bəraət qazandırmaq olmur. Ona görə ki, hələ heç bir xarici idmançı, karyerasından sonra qalıb, məşqçi kimi idmanımıza töhfə verməyib. Azərbaycanın öz idmançılarını, idman klublarını daha yüksək zirvələrdə görmək arzusu ilə... 11 08 2021ci il ADİ. tolishstan.com | |
|
Total comments: 0 | |