21:16 Talış Muğan Muxtar Respublikasının Prezident F ə r m a n ı: | |
Talış Muğan Muxtar Respublikasının Prezident F ə r m a n ı: Nederland kr-ğı 06.11.2020 il. Talış Muğan Muxtar Respublikasının Mühacir Dövlət idarəçiliyi formalaşdırılması prossesi daima davam edir və bunu, Talış xalqının dövlətçiliyinin bərpası prossesinin bir hissəsi kimi qəbul edərək, TMMR Mühacir Dövlət idarəçiliyində Mahalda iqtisadi quruculuğun onun inkişafının icrasına nəzəri nəzarətin təşkilinin qurulmasının vacibliyini əsas tutaraq, Q Ə R A R A A L I R A M : TMMR-nın Mühacir Dövlət idarəçiliyində vakant vəzifə olan Muxtar Respublika İqtisadi İnkişaf vəziri (naziri) vəzifəsinə, Talış Milli hərəkatının 23 sentyabr 2015-cil tarixindən üzvü olan, Əsədov Fərhad Fərzulla zoə(oğlu) təyin edilsin; Əğəye F.F. Əsədovə tapşırılsın ki, Azərbaycan Respublikasından kənarda yaşamağa məcbur edilən TMMR vətəndaşlarından, iqtisadi təhsili olanlarla fərdi iş aparmaqla İqtisadi inkişaf nazirliyinin aparatının formalaşdırılmasını daima diqqətdə saxlamaqla, əməli fəaliyyətin qurulmasında əsas ola biləcək, işguzar, nəzəri konsepsiyasını 1(bir) ay ərzində hazırlayaraq Prezident administrasiyasına təqdim etsin. TMMR Mühacir hökümətinin Sər vəziri ağaye R.Mirzəyevə Mahalın digər sahələrində olduğu kimi İqtisadi inkişaf vəzirliyinin fəaliyyəti barədə vaxtaşrı hesabatları almaqla fəaliyyətinə ciddi nəzarət yaratsın. TMMR Prezidenti, Ə.Ə.Hümmətov. | |
|
Total comments: 0 | |