23:08
Talış olduğum üçün, təqib olunuram.

              Talış olduğum üçün, təqib olunuram.




  Haqqınızdə məlumat verin, zəhmət olmazsa. Hörmətli həmvətənlərim , mən, Əhmədov Rəşad, Masallı rayonunda yaşayıram, öz mənsub olduğum millətimi çox sevirəm, bu millətin yolunda canımdan belə, keçməyə hazır olan, şəxslərdən biriyəm .
   Nə baş verir?

  Demək, bir neçə gün qabaq, axşam vaxtı dostlar və qohumlar zəng vurub soruşdular ki, qaldığım mənzilin qabağında polis maşını dayanıb, nə məsələdir. Çölə çıxdım, gördüm, bəle, polis maşını bizim evin qabağında dayanıb. Bir az gözlədim , duşundum, yəqin kimisəni gözləyir, gedər,amma, getmədi. Nəhayət, yaxınlaşdım, polisə dedim ki, kimi gözləyirsiniz və niyə burda dayanmısınız? Polisə bildirdim ki, butun dost, qohumlar mənə zəng vururlar, soruşurlar ki, nə baş verib, deyəndə, polislər bildirdilər ki, adam gözləyirik . Mən qayıtdım evə ,bir az keçəndən sonra, onlar oranı tərk etdilər.  

Sizi kim və hara dəvət etdilər?

  Bu hadisədən sonra, sabahısı günü məni Kənd bələdiyyəsinə, Gumriyə Cafarovanın yanına çağırdılar, içəri daxil olanda, gördüm ki, icra nümayəndəsi və bir polis mayoru da orada oturmuşdular. Bələdiyyə sədrinin mənə birinci sualı bu oldu, hansı partiyadasan? Mən qeyd etdim ki ,AXDP Masallı şöbəsinin üzvüyəm. Başqa hansı təşkilatda iştirak edirsən? Fəxrəddin Abbasovun hüquqların müdafiə komitəsinin və TMH üzvüyəm, bu yoldan heç kim məni döndərə bilməz. Gumriya Cafarova bildirdi ki, iki övladın var, övladlarına yazığın gəlsin, pis yollardan çəkil və s. hədə-qorxular gəldilər.

Polis sizdən nə soruşdu?

  Polis isə mənə sual verdi ki, AXDP Masallı Rayon konfransı harada keçirilib? Mən bir mənalı dedim ki, mənim evimdə keçirilib və lazım gələrsə digər tədbirləri də keçiriləcək. Polis sərt formada bildirdi ki, yalan danışırsan, sizdə keçirilməyib, biz hər məsələni bilirik (güdüblər bir neçə gün). Bir də, onu da dedilər ki, sosial şəbəkədən səni izləyirik, bəzi məsələlərin müzakirəsində çox aktiv iştirak edirsiniz.

Sizə hər hansı fiziki təzyiq olundumu?

  Xeyir heç bir fiziki zorakılıq olmadı, amma şifahi hədə qorxu gəldilər. Mənə son xəbərdarlığı etdilər, sərbəst buraxdılar, gəldim evə. Mənim atamı bu məsələyə qarışdırıblar, ona bildiriblər ki, mən pis yoldayam, bu yoldan məni çəkindirsinlər və s. Bu kimi təzyiqlər var, davam edir. Mən sadədəcə butun bunları deyirəm ki, başıma hər hansı bir iş gələrsə, günahkar Masallı Rayon polis şöbəsi və kənd nümayəndəsindən törəndiyini hamı bilsin. Azad dövlətdə yaşayırıqsa, mən qanun çərçivəsindən kənara heç bir səhv addım atmamışam, öz siyasi mübarizəmi davam etdirməyə, niyə imkan verilməməlidir? Mən hansı cinayyət törətmişəm ki, məni sorğu suala çəkirlər?

Müsahibə verən Rəşad Əhmədov, AXDP Masalı Rayon şöbəsinin üzvü, F. Abbasovun müdafiəyə komitəsinin üzvü, ictimai-siyasi fəal.

Müsahibəni Ruslan Almaszada götürüb.
 
Category: XƏBƏRLƏR | Views: 885 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: