Son zamanlar, YAP-nın gənclər birliyinin tutduğu şovinist mövqe, onların imicinin böyük təhlükə altında olduğunu nümayiş etdirir.
Talış gənclərinə qarşı aqressiv münasibət bildirməklə, bir daha nə qədər cılız olduqlarını sübut etdilər. Çox maraqlıdır, müxalifət
sıralarında qeyri Talışları qəhrəman, Talış Xalqının nümayəndələrini isə, separatçı adlandırırlar.
Görəsən bu şovinizm təfəkkürlü insanlar hardan qaynaqlanır. Bir xalqa qarşı bu qədər nifrət hardandır. Günahları böyükdür,
Talış doğuldular.
Talış yalnız müharibədə həlak ola bilər. Digər sahələrdə o separatçıdır. İndi sual olunur ,özünə demokrat deyənlər 6 yanvar Den Haaq
şəhərində
(https://www.youtube.com/watchv=wTfUsn89ez8)
(http://www.tolishstan.com/news/den_haag_s_h_rind_l_kr_m_humm_tov_v_i_lham_bab_zad_qarsi_orduxan_t_r_find
_edil_n_t_rbiyy_sizlik/2019-01-08-171 ) Talışları təhqir edir , İktidar YAP – çılar Talışa münasibət bu cur( https://www.facebook.com/NAPYouthUnion/).Talış xalqın nümayəndələri, Gəncləri və digər kateqoriyada olan insanlar hara getsin, neynəməlidirlər . Buna görə butun beynəlxalq təşkilatlardan, Talış xalqına qarşı olan bu şovinist və irqçilik münasibətə susmamağa çağırıram .
Dərin hörmətnən TMH və TMMR Mühacir Hökuməti
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
https://www.facebook.com/NAPYouthUnion/
18 Aralık 2018, 08:21 ·
Separatçı Əlikram Hümbətovun xələfi Azər Kazımzadə...
Tarixi nə inkar, nə də gizlətmək mümkündür. Çünki o, canlı insanlarında yaddaşlarında qalır və zamanı gəldikcə açıqlanır. Elə separatçı Azər Kazımzadə ilə Əlikram Hümbətovun Azərbaycan dövləti və xalqı əleyhinə yönəlmiş fəaliyyəti kimi...
1993-cü ildə ulu öndər Heydər Əliyevi xalq hakimiyyətə dəvət edəndə Füzulidə ermənilərə qarşı vuruşmalı olan
Əlikram Hümbətov silahını Bakıya çevirmişdi. Rayonda onun göstərişi ilə ətrafa atəş açılır, insanlarda vahimə yaradılır və
Füzulinin boşaldılmasına şərait yaradılırdı. Hətta, şahidlərin sözlərinə görə Əlikram Hümbətov və onun silahlıları
Əbdürrəhmanlı kəndində ata-balanı güllələdilər, namusuna toxunulmasını istəməyən gəlin isə özünü tankın altına atmışdı...
Bəli, Azərbaycanı parçalamaq niyyətində olan və özünü “Talış-Muğan Respublikası”nın “prezidenti” elan edən
Əlikram Hümbətovun talış xalqı adına etmək istədiyi xəyanətin qarşısını elə o zaman sadə talış camaatı almışdı.
Bu da səbəbsiz deyildir. Çünki, talış xalqı hər zaman Azərbaycan xalqının və dövlətinin bütövlüyü uğrunda çalışıb, şəhidlər verib, amma heç zaman separatçılara dəstək verməyib. Elə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun
şücaəti hər bir azərbaycanlı gənc üçün örnək oldu...
Lakin bu gün separatçı Azər Kazımzadə ilə Əlikram Hümbətovun talış xalqı adından sui-istifadə edib Azərbaycan dövləti və xalqı əleyhinə ermənilərlə eyni cəhbədə durması təəssüf doğurur. Azər Kazımzadə Əlikram Hümbətov vasitəsilə erməni təşkilatlarından aldığı ianələr hesabına separatizmi təbliğ edir, insalar arasında çaşqınlıq yaratmağa çalışır. Bir sözlə, Azər Kazımzadə vaxtilə
Əlikram Hümbətovun Azərbaycan xalqına qarşı yönəlmiş xəyanətlərini davam etdirir.
Düşünürük ki, hələ 90-cı illərin əvvəllərində Əlikram Hümbətovun xəyanətinin qarşısını almış sadə talış camaatı, gənclə
ri bugünkü separatçı Azər Kazımzadənin də qarşısını alacaq, onun spekulyativ fəaliyyətini rədd edəcək...
|