00:29 Talış zonasında narkomaniya və insanları məhv olunması . | |
Talış ovalığında yaşayan talış gənclərinin əksəriyyəti narkotik maddələrdən istifadə edirlər və çox təssuflər olsun ki, yerli məmurlar buna laqeyd yanaşır. Hal-hazırda talış ovalığının mərkəzi olan Lənkəran ərazisində rəsmi olaraq 2-min, qeyri rəsmi 5-min norkaman vardır. Onlardan cəmi 3-4 nəfəri müalicə olunur. Yaşadığım kənddə 4-norkaman,10- dan artıq psixotrop tabletkalardan istifadə edən 15-20 yaş arası Gənclər vardır. Bununla bağlı kənd ağsaqqalları ,yerli polisə bir neçə dəfə müraciətə etsələr də ,polis tərəfindən heç bir tədbir görülməmişdir. Mənə belə gəlir ki, bilərəkdən bu gənclərin narkotik aludəçisi olmasına polislər özləri şərait yaradır. Bu üzdən son illərdə cinayət işləri, oğurluğun sayı talış ovalığında günü-gündən artır. Lənkəranda yaşayan bütün sakinlər demək olar ki, narkotik alveri ilə məşğul olan şəxsləri tanıyır. Bəs necə olur ki, bunu polislər, yerli icra strukturları görməzdən gəlirlər .Bir daha burdan aydın olur ki, bu narkobaronların arxasında yüksək vəzifəli məmurlar durması özü-özlüyündə sübut edir . Lənkəran rayonlar arası Narkoloji xəstəxanasının baş həkimi ,Vüqar Əliyevin yerli mətbuata verdiyi məlumata görə ,təkcə Lənkəranda 2-min nəfər qeydiyyatdadır .Həkimin dediyinə görə reallıqda, Lənkəran rayonunda 5-minə yaxın narkotik aludəçisi var. O deyir ki,100- narkomandan yalnız 3-4 nəfəri müalicə oluna bilir. Verilən məlumata görə narkomanlar arasında QİÇS-ə ( qazanılmış immun çatışmazlığı sindromu) tutulanlar da çoxdur. Talish ovalığında QİÇS-ə tutulanların sayı isə 400-nəfəri ötdüyü söylənilir. Yerli məmurların özbaşınalığı o həddə çatıb ki, narkobaronları maliyyələsdirərək talış ovalığı ilə qonşu ölkə olan, İran İslam Respublikasının vasitəsi ilə narkotik maddələri ,Talış ərazilərinə yayırlar. Talişh ovalığında olan apteklərdə psixotrop tabletkalarin satışı ,açığ aşkar şəkildə həyata keçirilir və çox təssuflər olsun ki, yerli güc strukturları bununla bağlı heç-bir tədbir görmürlər. Bu laqeyitsizliyin nəticəsində, göz qabağında ailələr dağılır, gənclərimiz bədbəxt olur. Narkomanların içərisində qadınların, yeni-yetmələrin olması ürək ağrıdıcıdır. Umud edirəm ki , bu ağ soyqırımı dayandıracaq şəxslər tapılar ,Talış xalqı xoşbəxt və firavan həyat sürdürəcək . Dərin hörmətlə: Həmidov İntiqam. | |
|
Total comments: 0 | |