11:47 Talışın bəzilərində natamamlıq xəstəliyi | |
Talışın bəzilərində natamamlıq xəstəliyi . Ay yarımlıq vətən müharibəsi, azərbaycan-ermənistan hərbi münaqişəsi başa çatdı. Həmişə olduğu kimi vətənləri Azərbaycana bütün varlıqları ilə bağlı olan Talış xalqının övladları, əfsanəvi qəhrəmanlıq nümunələri yaradaraq, adlarını tarixə yazdıqları kimi, Qarabağın dağ-daşlarına-divarlarına da qanları ilə yazdılar! İndi, necə deyərlər,- “mavr işini gördü, mavr ölməlidir” prinsipi ilə, Talış xalqının həmişə mərd, kişilik nümunəsi olan xarakterinin qırılmasına start verilib, çox güman ki, maraqlı dairələr, o cümlədən AR-nın xüsusi xidmət və inzibati dairələri də bu kompaniyada əsas istiqamətverici qurumlardır!... Çox və böyük təəssüflər olsun ki, Talış xalqına əksər vaxt, həm də, heç düşmən lazım olmur, daxilimizdə o qədər milli mənlik, şərəf və yaşam haqqına düşmən, xain, dəmərəslər olur ki, kiminlə necə və hansı qaydada mübarizə aparmağa belə, söz və qayda tapmaq olmur… Özündən bədgümanın biri yazır ki , guya 1988-ci ildə Sumqayıt şəhərində erməni qətlyamını törədən helə Talış olub, sonra da yazır ki, 2-ci Qarabağ müharibəsi adlanan erməni-azərbaycan hərbi münaqişəsində, Beynəlxalq hüquq və konveksiyalarla cinayyət əməli sayılan, hərbi-mülki əsirlərə qarşı anti-insani əməllərin törədiciləri, baş kəsənlər də Talışlardır, hərçənd ki, Ermənilər özləri bütün dünyaya fərqli fikirlər söyləyirlər! Şinə Bolion, Hovon, Talış xalqının dostları fikir verin, görün bu dəmərəs-qanmaz, manqurt-xain nə deyir: ölkədə hamı, bütün millətlər məzlum, Talışlar isə guya qəddar, baş kəsənlərdirlər! Sual oluna bilər, niyə biz Talışları məhz öz manqurtlarımızın əli, xəyanəti ilə vurmalıdırlar!?... Yəni bu qədər natamamıq?! Yəni bu qədər satılıb, özümüzə xəyanətə, özümüzə qəsdə hazır olmaqla, milli qürurumuzdan sapınmışıq!? https://www.amnesty.org/en/latest/news/2020/12/armenia-azerbaijan-decapitation-and-war-crimes-in-gruesome-videos-must-be-urgently-investigated/ Mərd olaq, merd bıbəmon şinə Tolışon! Adam insan olmaqdan bu qədər də… sapınmayaq! Talış Milli Hərəkatı. | |
|
Total comments: 0 | |