13:48
Türklər Kurdləri sevmir . ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarını növbəti dəfə şərh edərkən bildirib ki, Ərəb Respublikasından çəkilsələr də, kürd birləşmələrinə dəstəyi davam etdirmək istəyirlər.

Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla belə Tramp Suriyadakı kürdlərin İrana qarşı sanksiyaları pozmasından məmnun olmadığını bəyan edib. 

“Müəyyən bir müddət ərzində Suriyadan çəkiləcəyik. Suriyadan çəkilsək belə kürdləri qorumağa davam etmək istəyirik. Türklər onları sevmir, amma başqaları sevir. Kürdlərin əllərində olan az həcmdə nefti İrana satmaları xoşuma gəlmədi. Onlardan bunu etməmələrini istədik. Amma tərəfdaşımız olan kürdlər İrana neft satır. Bundan məmnun deyilik. Bundan heç xoşum gəlmir. Eyni zamanda, biz onlarla birlikdə olanda yaxşı döyüşürlər. Bilirsiniz ki, kürdlərə 30 “F-18” göndərəndən sonra əvvəlkindən daha yaxşı döyüşməyə başladılar və nə olduğunu gördük. Yenə də kürdləri qorumaq istəyirik, amma sonsuzadək Suriyada qalmaq istəmirəm. Ora qum və ölümdür” – Tramp bildirib.

Category: XƏBƏRLƏR | Views: 585 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: