10:40 Xankəndində Rusiya hərbçilərinə abidə qoyuldu, xatirə parkı salındı | |
Xankəndində Rusiya hərbçilərinə abidə qoyuldu, xatirə parkı salındı. Xankəndində Rusiya "sülhməramlılarına" ithaf olunan abidə və xatirə parkının açılışı olub. Açılış mərasimi "sülhməramlıların" Qarabağa yerləşdirilməsinin bir illiyi münasibətilə təşkil edilib. Mərasimdə "sülhməramlıların" ilk komandanı Rüstəm Muradov da iştirak edib. Parkda "sülhməramlı" hərbçiləri simvolizə edən abidə ilə yanaşı Rusiya tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri də qoyulub. Ərazidə həmçinin, ilk rus pravoslav kilsəsinin açılışı olub. tolishstan.com | |
|
Total comments: 0 | |