20:49
Zəncandan talış dili nümunələri – Xoini tati ləhcəsi

Zəncandan talış dili nümunələri – Xoini tati ləhcəsi

 

Talış dili haqqıda bundan əvvəl də bir xeyli söhbətimiz keçdi. Onun ləhcələri və bölgüsü haqqında az da olsa məlumat verməyə çalışdıq (Bax: Azəri dilinin yadigarı- talış dili). Bu dəfəki mövzumuzu Zəncan bölgəsində son vaxtlara qədər itməkdə olan Xoin ləhcəsi haqqındadır. Xoin Zəncan şəhərindən 60 km cənub-qərbdə,  İcarud bəxşində yerləşir yerləşir. Bu ləhcəsi Xoin və ona bitişik məntəqələrdə yayılmış bir ləhcədir. Hazırda bu ləhcə itmə təhlükəsi ilə üz-üzədir, təəssüflə qeyd edək ki, talışın bir çox ləhcələri kimi onu da xilas etmək artıq mümkün deyil. Xoinlilər öz dillərinə Dih(Di) zuan(kənd dili) deyirlər. Xoin vaxtilə inkişaf etmiş məntəqə olsa da son onilliklərdə kəndin əhalisi ərazini tərk edib Tehrana və digər şəhərlərə köçməli olublar və bu səbəbdən evlərin xeylisi dağılmış haldadır. Bu vaxta qədər kəndin əhalisi 900 nəfərə qədər idi. (1960-cı ildə doktor E.Yarşater kənddə olmuşdur). Kəndilərin keçmişin xoş günləri haqqında çoxlu xoş xatirələri var idi. Yerlilər hesab edir ki, buranın əhalisinin bir qismi Mərv, Aşqabad və Bakıya da köçmüşdür. Xoinlilərin əvvəllər zərdüşt olduğu haqqında xatırlatmalar var.

Hazırda Azəri türkcəsi Xoin talışcasını əsasən əvəz etmişdir. Lakin 1960-cı ildə ləhcənin vəziyyəti aşağıdakı kimi idi.

Sipkamar (farsi.Sephidkamar): Xoindən qərbdə yerləşir. Dialektin ən yaxşı qaldığı yerdir. 1963-cü ildə burada 70 ev var idi və bura Sipkamara nisbətən çiçəklənirdi. Bu kəndə gedən yol ikiqat çətin və ağır idi. Məhz bu halda kənd öz dilini tam qoruya bilmişdi.

Xoin: Azərbaycan dili dominant dildir və burada 1960-cı ilə kimi ləhcə artıq sönmüşdür. Böyük ehtimalla artıq yox olub. Aruz Mala adlanan Xoinin yuxarı kvartalı ləhcəni cənubda  Aş Malaya nisbətən xeyli yaxşı bilirdi. İkincisində ləhcəni artıq kimsə xatırlamırdı.

Səidabad: Aşağı kvartalında əsasən Xoin ləhcəsində danışırlar

Qərne: Xoindən bir neçə km aralıda yerləşir və burada da dialekt danışılır.

Surra: Xoindən şərqdə 250 nəfərlik kənddir. Bəziləri ləhcəni bilirdilər.

Balubin (farsi.Balbavin): Dialekt türkcə ilə bərabər danışılır.

Halab: Ləhcə tamamilə itmişdir və əhali tamam türkcəyə keçib və yalnız bir qoca bir neçə cümləni xatırlayırdı.

Yuxarıdakı kəndlərin adları Talış bölgəsində və Azərbaycanın digər bölgələrinin kənd adlarına bənzəyir (məs. Halabın, Blaband, Surra).

 

 

Şəxs əvəzlikləri

Singular                                                                  Plural

Person                 1             2             3             1             2             3

Nominative        az           te           a(v)        mâ         šemâ     ân                                    (adlıq)

Oblique                               man      te           â             mâ         šemâ     ân                                   (obliqat hal)

Possessive         če-man                eš-te     č-a          če-mâ(n)             še-mâ(n)             č-ân  (mənsubiyyət)

İşarə əvəzlikləri

Demonstrative pronouns

Nominative        Accusative          Oblique

Proximate

Singular                        em                eme      čia/čie, čem

Plural           eme               emân    čiân

Remote

Singular               a(v)        ave        ča/čâ

Plural                    ave        avân      čân

 

1.İnfinitiv(Məsdər) (-e şəkilçisi ilə)

dakoşt-e (tal.okışt-e) – söndürmək

  1. indiki zaman xəbər şəkli

taj-em( tal. vit-dəm) – qaçıram

3.Şühudi keçmiş

verit-im(tal. vit-im) – qaçdım

  1. Şühudi keçmiş(a) ; nəqli keçmiş(b)

(a) vind-em-e – gördüm; xuand-em-e  (b) vind-a-m-e -görmüşəm

  1. xəbər şəkli hekayəti

rast-a b-im – çatırdım

  1. Şərt şəkli

agar az şa-bum – əgər getsə idim,

  1. Əmr şəkli

Xoda eşte omr be-d-ek –  Xuda ömür versin

Bir sıra prepostisiyon və postposisiyonların işlənməsi

xerdege seg-eš darderare a xumme – uşaq daşı bankaya atdı

â fekr-em âmi – fikrim gəldi

pase neng-eš da dar bend -qoyunun ayağını ağaca bağla

xâwey ta gigay beba – bacını özünlə apar

nun o ow âjade â jem faqire – o fəqirə çörək və su verin!

vela-da tuma bigi – gül üçün toxum götür

daryâye lavenj-da čadereš žay – dərya kənarında çadır qurub

cadvaı

Category: XABON | Views: 576 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: