Astara gömrükçülərinin bayraq sevgisi
Niyə İrana gedənlər üçün bir, gələnlər üçün isə 3 kömrük postu qurulub?
Tanınmış jurnalist gömrük-keçid postunda başına gələnləri qələmə alıb
Müayinə olunmaq üçün İrana getmişdim, təbii ki, mövzum İran deyil, ancaq bu ölkə ilə bağlıdır. İyulun 9-u geri qayıdanda, səhər orucluğun girəcəyini nəzərə alıb 3 qutu 500 qramlıq çay və 4 qutu 200 qramlıq xurma aldım. Sərhəddəki ilk gömrük postundan problemsiz keçdim. İkinci postda mənə bildirdilər ki, İrandan Azərbaycana çay və xurma gətirmək yasaqdır və bunlar müsadirə olunur. Əvvəl “şaka yapdıqlarını” zənn etdim, çünki məndən fərqli olaraq əhali böyük kisələr və çantalarla İrandan ərzaq daşıyırdılar. Sonra məsələnin ciddi olduğunu görüb, müsadirə aktı yazmalarını xahiş etdim. Bir balaca kağız
...
Читать дальше »