İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutan “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində Azərbaycana qarşı hörmətsizlik edilib.
Müsabiqənin finalında Azərbaycanın səslərini açıqlamazdan öncə təqdim edilən xəritə səhv göstərilib.
Videoda əks olunan Azərbaycan xəritəsi təhrif olunmuş formada göstərilib.
Qeyd edək ki, bundan öncə də Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan mikrafonların üzərində Azərbaycan bayrağı tərsinə əks olunmuşdu.