27.09.2019

Fəxrəddin Abbasov ölüm aclıği elan etdi

 Fəxrəddin Abbasov ölüm aclıği elan etdi 

25 sentiyabr 2019-cu il tarixindən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX-nın) istintaq təcridxanasında həbsdə saxlanılan, Talış Milli Hərakatının (TMH-nın) liderlərindən biri, Fəxrəddin Abbasov aclıq aksiyasına start vermişdir. Hamı bilir ki, F.Abbasov alim, ziyalı, dilçi, publisist, araşdırmaçı-jurnalist və Talış xalqının hüquqlarını beynəlxalq miqiyasda, həbsdən öncə, fəal müdafiə edənlərdən biridir. O, Rusiya Federasiyasında, bilavasitə Azərbaycanın hakim dairələrinin birbaşa sifarişi ilə saxta ittihamlarla həbs olunaraq, sözün həqiqi mənasında, heç bir əndazaya sığmayan qaydada oğurlayaraq, Azərbaycan Respublikasına gətirilmişdir. Əvvəldən elan etdikləri ittihamların sübutunda ciddi maneələrlə üzləşdiklərindən, istintaq dövrü həbs müddətini uzatmaq xatirinə, AR-nın Cinayyət məcəlləsinin “vətənə xəyanət” maddəsini də, əlavə etdiblər.