03.02.2021

Həbs olunan tələbələrin bəyanatı dinlənilib təkliflərə baxılsın

Azərbaycan vətəndaşı və Talış olaraq, dəfələrlə xalqımız üçün vacib olduğunu yazdığım və minlərlə insanın xahişlər və tələblə dediyimiz, Ali məktəblərdə Talış dili ixtisasının açılması, Talış dilində müəllimlərin hazırlanması istəyimiz olub.
Çox təəssüf ki, Talışların ana dilində Ali təhsilli mütəxəssis müəllim hazırlanması üçün istəyi, və Talış xalqı üçün qanuna uyğun hər bir istəyi və tələbini çox aqressiv olaraq polis gücü ilə cinayyət bir iş kimi qarşılayırlar. Separatist adı qoşaraq Talış adından hansısa bir istəyi tələb edənlərə cinayyət işi belə açırlar.