YARDIM ƏLİyanaşı həm də ictimaiyyətin, qonşuların, yaxınların maddi və mənəvi dəstəyinə ehtiyacı var. Əgər təbiətdə yetişən ürəksiz, təfəkkürsüz, duyğusuz bir ağac, yanında bitən köksüz bir ağacı yaşada bilirsə, deməli Uca Allahın bizə verdiyi təfəkkür, ürək və duyğularımız hesabına, biz insanlar daha artığına qadirik. Hərdən KİV lərdə, sosial şəbəkələrdə şəhid ailələrinin, qazilərimizin, müharibə iştirakçılarının qarşılaşdığı çətinlikləri görəndə, bu acı mənzərələrə sakitcə baxmaq olmur. Axı biz onların hesabına bu gün qalib xalq sayılırıq.
|