TƏZƏK ( Talışca-Sıləputə, Rusca- Kizyak)Qaz və elektrik enerjisinin qiymət artımını eşidib, kəndə zəng elədim ki, vəziyyəti öyrənim. Bir yaşlı qohumumuz xahiş elədi ki : - ,,Gör Rusiyada iribuynuzlu mal-qara üçün bez ( pampers) satmırlar?" Təəcübümü görüb sözünə davam etdi: -,, Malı çöldə hərdən təkbaşına buraxıram, bir- iki nəfər özünü çox şübhəli aparır. Qorxuram ki, mal ,,ağır təharətə" gedən kimi oğurlasınlar. Əvvəlki illər deyil bala, hər həyətdə 5- 6 mal vardı, hər sovxozda ferma var idi, camaat təzək yapmağa iməcilik edərdi. İndi ferma yox, mal- qara saxlayanları barmaqla saymaq olar. Qaz ,,ipişkə " kimi yansa da, qiyməti adamın dədəsini yandırır. Necə deyərlər, ,,qızınmadıq istisinə, kor olduq tüstüzünə." Hələ şəhərdə yaşayan uşaqlar da var, gərək onlara da təzək payı aparaq..."
|