Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Azər Badamov“Qazaxıstan uğurla inkişaf edən türk soylu ölkədir. Son vaxtlar dövlətin siyasətində daha çox milliliyə önəm verilir və qazax dilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində addımlar atılır. Qazaxıstan, həmçinin Türk Dövlətləri Təşkilatına üzvü olaraq da türk kökənliyinə daha çox meyillənib. Dövlətin belə siyasəti bəzi xarici dairələrin xoşuna gəlmir, onlar Qazaxıstanı öz təsir dairələrindən çıxarmağı arzulamırlar. Ona görə də qazın qiymət artımından fürsət kimi istifadə edərək xalqı dövlətə qarşı qaldırmağa çalışırlar. |