20:19
Astananın adı Nursultan oldu

Astananın adı Nursultan oldu

Astananın adı Nursultan oldu
Nazarbayevin qızı senatın spikeri seçilib
 
Qazaxıstan parlamenti çərşənbə günü ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə paytaxt Astananın adını dəyişdirmək üçün birgə iclasda qanun layihəsini qəbul edib, - TASS müxbiri parlamentin mətbuat mərkəzindən xəbər verib.
 
Parlamentin bu qərarı ötən gün Qazaxıstanın yeni təyin edilmiş müvəqqəti prezidenti Kassym-Jomart Tokayevin ölkənin paytaxtının adının dəyişdirilməsiylə bağlı təklifindən sonraya təsadüf edir.
 
Tokayev Çərşənbə axşamı andiçmə mərasimi zamanı çıxış edərək hazırkı paytaxt Astananın adını keçmiş lider Nazarbayevin şərəfinə Nursultan olaraq dəyişdirilməsini təklif etmişdi.
 
"Mən təklif edirəm ... ölkənin paytaxtı Astana ilk prezidentin şərəfinə adlandırılsın", - Tokayev çərşənbə günü bildirib və qeyd edib ki, paytaxtın yeni adı "Nursultan" olmalıdır.
 
"Nazarbayevin fikri xüsusi olacaq, strateji qərarların inkişafında və qəbul olunmasında prioritet əhəmiyyət daşıyacaq", - deyə yeni prezident əlavə edib.
 
Astana Almatını paytaxt olaraq 1997-ci ildə əvəz etmiş və kiçik bir vilayət şəhərindən futuristik şəhər halına gəlib.
 
Astananın hərfi mənası qazaxca paytaxt deməkdir. Bir müddət idi fikirlər dolaşırdı ki, Astananın adı onu formalaşdıran liderin şərəfinə dəyişə bilər.
 
Senat spikeri olan Tokayev Nazarbayevin qalmaqda olan müddətini gələn il təyin edilmiş seçkilərə qədər davam etdirəcək.
 
Nazarbayev çərşənbə axşamı televiziya çıxışında öz istefasını elan edərək bir çoxunu təəccübləndirmişdi. O, 30 il sonra istefa verərək Tokayevi rəsmi olaraq ölkənin müstəqillik tarixində ikinci prezident etmiş oldu.
 
Nazarbayev martın 20-də Tokayevin andiçmə mərasiminə gəlib. Onun zala girişi və üst kürsüyə əyləşməsi dövlət rəsmilərinin uzun alqışlarıyla qarşılanıb.
 
Tokayev çıxışı zamanı Nazarbayevi "görkəmli islahatçı" adlandırıb.
 
Nazarbayev istefa etsə də o, Təhlükəsizlik Şurasının və iqtidar partiyasının sədri olaraq qalır.
 
Tokayevin müvəqqəti president təyin edilməsiylə boşalmış Senat spikeri vəzifəsinə Nazarbayevin böyük qızı Darigha Nazarbayeva seçilib. 55 yaşlı Nazarbayeva bu vəzifəyə martın 20-də senat nümayəndələrinin yekdil səsverməsiylə seçilib.
 
Nazarbayeva uzun müddətdir ki, ölkə siyasətində hələ də "millətin lideri" adlandırılan atası Nursultan Nazarbayevin davamçısı hesab edilirdi.
 
Nazarbayevin Qazaxıstanın rəhbərliyindəki onilliklər ərzində ölkə enerji mərkəzinə çevrilib. Lakin Nazarbayev müxalifətə qarşı az tolerantlığıyıa tanınıb.
 
"Nazarbayevin istefası Qazaxıstanın avtoritar rejiminin dəyişməsi demək deyil,"- insan haqları qurumları bəyan edirlər. Onların fikrincə ölkə liderinin hakimiyyətdən getməsi siyasə rəqabət, sivil cəmiyyət və media azadlığı üçün köklü dəyişikliklər gətirməyəcək.
 
Nursultan Nazarbayevin istefasından sonra Prezident İlham Əliyev Nazarbayevlə telefon əlaqəsi saxlayıb. Bu barədə "Kazinform" xəbər yayıb.
 
Telefon danışığı zamanı Prezident Əliyev Nazarbayevin istefasını böyük təəssüf hissiylə qəbul etdiyini söyləyib. Əliyev həmçinin iki qardaş ölkə arasında strateji və dostluq münasibətlərin inkişafında Nazarbayevin tarixi rolunu qeyd edib. Əliyev Nazarbayevə Qazaxıstanın çiçəklənməsi naminə keçmiş prezidentin bundan sonrakı fəaliyyətində sağlıq və nailiyyət arzulayıb. Hər iki tərəf bundan sonra da əlaqələrin qorunub saxlanılmasına razılıq veriblər.///Meydan.tv
Category: XƏBƏRLƏR | Views: 662 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: