04.03.2019

Azərbaycan Xalqlarının Demokratik Partiyası Təşəbbüs qrupu üzvlərinin növbəti yığıncağı keçirilmişdir


   Bu gün, Azərbaycan Xalqlarının Demokratik Partiyası Təşəbbüs qrupu üzvlərinin növbəti yığıncağı keçirilmişdir. Yığıncağın işini aparmaq üçün, sədr və katiblik seçilmişdir! Yığıncağa Təşəbbüs qrupunun üzvləri Mehdibəy Səfərov sədr, Seyidəmir Məmmədov isə, katib seçilmişlər. Yığıncağda təşkilatlanma işləri ilə yanaşı, AXDP-nın Nizamnamə və Proqramının layihəsinin hazırlanması müzakirə olunmuşdur. Təşkilatlanma məsələləri ilə bağlı, çıxış edən M. Səfərov məlumat verdi ki, AXDP-nın yerli, rayon şöbələrinin yaradılması ilə əlaqədar intensiv işlər gedir. Bakı, Sumqayıt, Lənkəran, Masallı, Lerik və digər ərazilərdə yerli şöbələrinin yaradılmasına ciddi hazırlıq işləri gedir! Azərbaycan Respublika vətəndaşlarının mütləq əksəriyyətinin dünyagörüşlərinə, arzu və istəklərinə uyğun olan, daha müasir, sivil və demokratik prinsiplərə əsaslanan bu partiya üzv olmaq üçün, dilindən və dinindən asılı olmayaraq, müxtəlif təbəqələrin nümayəndələri AXDP-nın təşəbbüs qrupunun fəallarına çoxsaylı müraciətlər edirlər! Yığıncaqda partiya fəalları Saday Nəciyev, İnqlab Əbdülov, Hamlet Vəliyev, Oqtay Əsgərov, Samir Ağazadə və başqaları çıxışlar edərək, təklif və rəylərini ifadə etmişlər.
04.03.2019

Astaranın Sekeşan kəndində 24 ildir ki, elektrik enerjisi yoxdur.



Astaranın Sekeşan kəndində 24 ildir ki, elektrik enerjisi yoxdur.

“Övladımın 24 yaşı var, bu müddət ərzində evdə işıq görməyib” deyir kənd sakini.

Mirəhməd Əliyev bu kənddə yaşayan ailələrdən birinin üzvüdür. O, gündəlik informasiyanı radioya qulaq asmaqla əldə edir.

Kənd sakinləri deyir ki, illərdir işıq üzünə həsrət qalıblar. Kənddə sonuncu dəfə işıq 1995-ci ildə olub. O vaxt transformatorda yaranan qəza səbəbindən gecələri ümidlərini lampa işığına bağlayıblar.

Bir zamanlar kənddə 30-dan artıq ailə yaşayıb. Lakin zaman-zaman onlar da şəraitsizlik səbəbindən kəndi tərk edərək qonşu kəndlərə və ya başqa yerlərə köçmək məcburiyyətində qalıblar. Hazırda isə Sekeşan kəndində dörd ailə, yəni 17 nəfər yaşayır. Onlar elektrik enerjisini generator vasitəsi ilə təmin edirlər.

04.03.2019

Ölkənin sərvətlərini talan edən daha bir nazirin İngiltərədəki mülkləri haqqında tam dəqiq məlumat.



Ölkənin sərvətlərini talan edən daha bir nazirin İngiltərədəki mülkləri haqqında tam dəqiq məlumat.
İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə etdiyi aşkarlanıb.

Nazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib. Böyük ehtimalla Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə aralarında yaranan soyuq münasibətlərdir. Yəni, uzun illər hakimiyyətə xidmət edən K.Heydərov artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib. Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir. Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.
Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib:
04.03.2019

Rəsmi Tiflisdən Bakıya qarşı ərazi iddiaları



David Qareci monastırının mənsubluğu yenidən gündəmə gəlir

Mira Həsənova

Gürcüstan prezidenti Salome Zurabişvili Bakıya rəsmi səfərin gedişində bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlətlərarası komissiyaya işi təzələmək və ölkələr arasında “ayırmalı deyil, birləşdirməli olan” sərhədləri qəti şəkildə müəyyən etmək göstərişi vermək qərarına gəliblər.

04.03.2019

В Австрии вступил в силу закон, запрещающий жест турецких фашистов

1 марта в Австрии вступил в силу закон, запрещающий жест приветствия турецкой ультраправой организации «Серые волки».

Об этом сообщает Европейская правда со ссылкой на Anadolu. В декабре 2018 года австрийский парламент дополнил закон о запрете символов «экстремистских организаций» в стране с целью блокирования пропаганды терроризма.

Люди, которые нарушают законодательство в общественных местах, могут быть оштрафованы на сумму до 4000 евро или арестованы на месяц. Повторное нарушение предусматривает штраф от 10 тыс. евро или 6 недель заключения. Турция осудила решение Австрии о запрете жеста, который использует турецкая Партия националистического движения (MHP). «Скандально, что приветствие «серых волков», которое является символом легальной политической партии в Турции, внесли в тот же список, что и символ Рабочей партии Курдистана, кровавой террористической организации», — говорится в заявлении турецкого МИД.