10:46 Rəsmi Tiflisdən Bakıya qarşı ərazi iddiaları | |
Mira Həsənova Gürcüstan prezidenti Salome Zurabişvili Bakıya rəsmi səfərin gedişində bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlətlərarası komissiyaya işi təzələmək və ölkələr arasında “ayırmalı deyil, birləşdirməli olan” sərhədləri qəti şəkildə müəyyən etmək göstərişi vermək qərarına gəliblər. Gürcüstan eksperti Mamuki Areşidzenin fikrincə, Tiflis tərəfdən bu məsələyə möhkəmləndirilmiş yanaşma göstərilərsə, demarkasiya “son nəticə etibarilə səmərəli başa çatar”. O, “İnterpres”-ə müsahibədə deyib: “Problem bu baxış nöqtəsindən ciddidir ki, bu proses 1996-dan bəri sürür və sonu görünmür. Sərhədin bir hissəsi razılaşdırılıb, bir hissəsi razılaşdırılmadan qalır. Gürcüstan və Azərbaycaan tərəfləri Qareci (David Qarecinin monastır kompleksi) ilə bağlı sahəyə çox nəzakətlə iddia edirlər – həm də təkcə bu sahəyə deyil… Bu fəallığın nə qədər effektli olacağını deyə bilmərəm, amma Gürcüstan hökuməti tərəfindən delimitasiya məsələsinə möhkəmləndirimiş yanaşma olacaqsa və strateji qonşumuzun iddialarına həmişə baş tərpətmək olmayacaqsa, bütün bunların nəticə etibarilə səmərəli bitəcəyi istisna olunmur”. Politoloqun sözlərinə görə, Zurabişvilinin təsir rıçaqları yoxdur, o, Gürcüstanın dövlət sərhədinin demarkasiya və delimitasiyası üzrə sənədi imzalaya biləcək icra hakimiyyətini təmsil etmir. Başqa məsələdir ki, o, “22 il boyunca gah dondurulmuş, gah da asta irləliləyən prosesi yerindən dəbərdib. Onun vəzifəsi budur. Biz güzəştə gedə bilmərik, çünki bizdə güzəşt qismində heç nə qalmayıb”. Tornike Şaraşenidze proqnoz verməkdə daha ehtiyatlıdır. O, hesab edir – Gürcüstan prezidenti səlahiyyətə malik deyil, buna görə də yalnız bəyanat verə bilər. Politoloq bununla yanaşı istisna etmir ki, tərəflərin istəyi olarsa, dövlət sərhədi haqda məsələ həll edilə bilər, amma danışıqlar çox çətin gedə bilər. Şaraşenidze bildirir: “Mən çıxış yolunu nədə görürəm? Biz indiyədək 28 il delimitasiyasız yaşamışıq və beləcə qeyri-müəyyən vaxta qədər davam edərik”. Areşidze Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzərində işləyən komissiyanın işini “Sputnik Qruziya”ya sıradakı kimi dəyərləndirib: “Məndə belə bir təəssürat var ki, komissiya tam düzgün yolla getmir, çünki onda müxtəlif vaxtlarda yaradılan sənədlərin bütün massivi yoxdur. Mən xəritələrdən danışıram. Müxtəlif miqyaslı xəritələr arasında müəyyən ziddiyyətlər var. Hesab edirəm ki, tərəflər sənədlərin bütün massivini toplamalı və bundan çıxış edərək qarşılıqlı addımlar atmaldırlar”. “Baku Network” ekspert şurasının rəhbəri Elxan Əskərov Axar.az-ın müxbiriylə söhbətdə qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası məsələsi Bakı və Tiflis arasındakı münasibətlərin çox mühüm fraqmentidir, çünki: “Azərbaycanın Gürcüstana qarşı ərazi iddiaları yoxdur. Amma, bax, Tiflis David Qareci kompleksinin ərazisi və Erisimedi kəndi haqda iddialar irəli sürür – daha doğrusu, bu məbədin gürcü irsinə aid olduğunu hesab edən kilsəyanı çevrələr. Amma yəqindir ki, bu və ya başqa məbədin konkret bir xalqa milli məxsusluğu haqda məsələnin qoyuluşunun özü son dərəcə primitiv formadır”. Politoloq vurğulayıb ki, Bakı kompleksin ərazisini turizmin inkişafı üçün istifadə etməyi dəfələrlə təklif edib, hətta kilsə ayinləri keçirməyə icazə verilib. Amma bəzi çevrələr başqa bir mənsubluq haqda məsələ qaldırıblar, amma məbəd, abidələri Azərbaycana məxsus olan Qafqaz Albaniyasının mədəni irsinə aiddir. O, yekun vurub: “Düşünürəm ki, yuxarılarda verilən siqnal bəyanat bu faktı əks etdirir ki, Gürücstan sərhədin demarkasiya olunmasına ciddi köklənib. Və məsələ normal yanaşmada tamamilə həll ediləndir”. “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə də onunla razıdır. O, hesab edir: “Sərhədin birbaşa monastırın ortasından keçdiyi belə bir durum artıq çoxdan davam edir. Azərbaycan inşaat tikililərindən xali əraziləri Gürcüstana verməyi təklif edib, lakin Tiflis razı olmayıb. Gürcülər öz tərəflərindən Gəncə darvazalarını məbəd kompleksinə dəyişməyi təklif ediblər. Bu halda mübadilənin qeyri-bərabər dəyəri göz qabağındadır. Bütünlükdə demək olar ki, məsələ razılaşma mərhələsindədir və hələlik ciddi tərpəniş görünmür – hətta ən yaxın gələcəkdə də. Çünki söhbət təkcə Gürcüstan üçün ciddi deyil, həm də Azərbaycan üçün az önəmli olmayan abidədən gedir. Buna görə də məsələ asılı durumdadır. Hər şey sərhədlərə yenidən baxmaqla məşğul olan ekspert qrupunun işindən asılıdır. Artıq bu özüylə bağlı ajiotaja tab gətirməyən iş prosesidir. Hansısa informasiya səs-küyü yaratmaq, iş anlarının incəliklərini car çəkmək belə məsələyə heç də düzgün yanaşma deyil, bu, fayda gətirmir, ancaq əlavə çətinliklər törədər”. Qeyd edək ki, Gürcüstan Azərbaycanla uzunluğu 446 km olan, üçdə bir hələ də delimitasiya edilməmiş ümumi dövlət sərhədinə malikdir. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Gürcüstan-Azərbaycan hökumətlərarası komissiya 1996-cı ildə yaradılıb. Onun fəaliyyətinin 15 ili boyunca sərhədlərin dəqiqləşdirilməsi üçün işin, demək olar, 70%-i görülüb, amma 2007-ci ildən bəri delimitasiya aparılması işində maneələr meydana çıxıb. Rəsmi Tiflis David Qareci kompleksinin və Erisimedi kəndinin ərazisini mübahisəli sayır. Bu məsələ monastırın böyük mədəni-tarixi və ruhsal dəyəri üzündən Gürcüstan cəmiyyəti üçün də yetərincə ağrılı olub. Amma, budur, deyəsən, bu məsələ Gürcüstanın yeni prezidentinin Bakıya səfərindən və İlham Əliyevlə danışıqlarından sonra yenidən gündəlikdədir. Hər halda artıq delimitasiya və demarkasiya üzrə dövlətlərarası komissiyanın üzvləri göstəriş alacaqlar.(Tərcümə Strateq.az) pia.az | |
|
Total comments: 0 | |