Lajihə:
Avropa İttifaqı Parlamentinə
Avropa İttifaqı Ali Komisarlığına
Avropa İttifaqı və Azərbaycan arasında “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas imzalayıb.
Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda (Bakıdan 272 kilometr cənub) meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Talış xalqına, Talış adına hazırda Dövlət siyasəti səviyyəsinə qaldırılan münasibət bütün dünyaya bəllidir. Talış adı Azərbaycan Respublikasından silinməlidir!...
Bəs Avropa İttifaqınin və onun AR-da olan nümayəndəsi Kestutis Yankauskasa bəlli deyil ki, Dünya Coğrafiyasında Talış dağları, Talış ovalığı, Talış mahalı və ən nəhayət, həmin ərazilərdə yaşayan Talış xalqı da var! Ona hörmət etmək hər kəsin, məxsusən Kestutis Yankauskasın əsas vəzıfəsindən biri olmalıdır. Regionun, mahalın Xalqın adının saxtakarlıqla dəyişdirilməsinə göz yummaq bilavasitə Avropa dəyərlərinə böyük xəyanətdir!
TMMR mühacir höküməti Avropa İttifaqı adından bağlanan müqavilədə Talış iqtisadi zonasının adının dəyişdirilərək "Lənkəran iqtisadi zonası" adlandırılmasını Talış xalqına, Talış adına olan bir təxribatda və asimliyasiya siyasətində Aİ-nın biləvasitə iştirakı hesab etməklə, qəti etirazını bildirir.
TMMR Mühacir hökümətinin Baş nazir əvəzi
R.Mirzəyev
|