Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti olaraq, qəti etirazımızı bildiririk!Azərbaycan Respublikasında, hazırda, azad, müstəqil araşdırmalar apara bilən mətbuatın varlığından danışmaq, çox çətinləşib. Hərdən, tək-tək insanların ahu-naləsi mətbuat səhifələrinə sızır. Və...o sızanlardan birini Sizlərə təqdim edirik. Az qala hamının bildiyi və həmişə haqqında susmağa üstünlük verdiyi məsələlərdən biri, AR-nın Silahlı qüvvələrinin döyüş bölgəsində, cəbhə xəttinin ən ağır sahələrində xidmətdə, əsasən Talış, Ləzgi və digər azsaylı adlandırılan, xalq kimi məxsusi heç bir Dövləti statusa malik olmayan, necə deyirlər, “milli azlıqlar”ın nümayəndələri xidmətə aparılırlar və şərəflə də, üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlir, şaxtaya, suzluğa dözür...qaçmırlar!
950
0
|