00:25 Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti olaraq, qəti etirazımızı bildiririk! | |
Azərbaycan Respublikasında, hazırda, azad, müstəqil araşdırmalar apara bilən mətbuatın varlığından danışmaq, çox çətinləşib. Hərdən, tək-tək insanların ahu-naləsi mətbuat səhifələrinə sızır. Və...o sızanlardan birini Sizlərə təqdim edirik. Az qala hamının bildiyi və həmişə haqqında susmağa üstünlük verdiyi məsələlərdən biri, AR-nın Silahlı qüvvələrinin döyüş bölgəsində, cəbhə xəttinin ən ağır sahələrində xidmətdə, əsasən Talış, Ləzgi və digər azsaylı adlandırılan, xalq kimi məxsusi heç bir Dövləti statusa malik olmayan, necə deyirlər, “milli azlıqlar”ın nümayəndələri xidmətə aparılırlar və şərəflə də, üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlir, şaxtaya, suzluğa dözür...qaçmırlar! Ata: ''Aşağı dərəcəli məmurlar işi ört-basdır edirlər'' "Oğlumu əsgərliyə sağ-salamat yola saldım. 9 ay sonra sağ böyrəyini götürdülər. Adını da qoydular anadangəlmə qüsur. Anlamıram, qüsurlu insanı sağlam adı ilə niyə əsgərliyə göndəriblər?" Astaranın Ərçivan kəndinin sakini Ağalar Məmmədov belə deyir. Bildirir ki, oğlu Röyal Məmmədzadə ötən ilin mart ayında hərbi hospitala daxil olub. Bir də xəbər tutublar ki, sağ böyrəyi çıxarılıb: "Biz qoyulan diaqnozla razı deyilik. Hərbiyə sağlam uşaq göndərmişik. Necə olur ki, anadangəlmə problemli imiş, bilinməyib, 9 ay əsgərlik də çəkib". A.Məmmədov bildirir ki, ona bir valideyn kimi çatmır, oğlu aylarla hərbi hissədə bu qüsuru ilə necə xidmət edib. Ümumiyyətlə, onu hərbiyə necə aparıblar: "Bilirsiniz məsələ necə olub, oğlumu 3 nəfər əsgər yoldaşı ilə sözü düşüb. 3 nəfər üstünə düşüb onu döyüblər. Xəstəxanalıq olub. Bu zaman məlum olub ki, böyrəyində problem var". Röyal Məmmədzadə "Hələ həkim nəzarətindən də keçib. Necə olub ki, bu, bilinməyib? Ya onlar özləri özlərini aldadıb, xəstə uşağı əsgər aparıblar, ya da indi olanları ört-basdır etmək üçün deyirlər ki, guya qüsuru anadangəlmə olub. Oğlum 9 ay əsgərlik çəkib. İndi deyirlər ki, yararsızdır. 52 manat sosial pensiya kəsilib. Mənim uşağımın böyrəyi evdə olanda, yanımda olanda yox, əsgərlikdə çıxarılıb". A. Məmmədov deyir ki, bu gün bir ata kimi ürəyində şübhələri var. Bilmir, oğlu döyülüb bu vəziyyətə düşüb, yoxsa böyrəyini satmaq məqsədilə çıxarıblar: "Müdafiə naziri Zakir Həsənova məktubla müraciət etmişəm. Heç bir cavab gəlməyib. Aşağı dərəcəli məmurlar isə işi ört-basdır edirlər. Mən valideyn kimi şübhədəyəm. Bilmirəm, uşağımın böyrəyi aldığı travmadan yararsız hala düşüb, yoxsa böyrəyini çıxarıb satıblarmı. Amma adını anadangəlmə inkişaf qüsuru qoyublar". | |
|
Total comments: 0 | |