20:26
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Baş prokurorluğuna, A
Azərbaycan Respublikasının Prezidentinə,                                Azərbaycan Respublikası Baş prokurorluğuna,                        Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə mübarizə idarəsinə

Azərbaycan Respublikasının Dövlət idarəçiliyi, artıq müasir texnologiyaya malik, lakin orta əsrlərin feodal düşüncəsinə sahiblənmişlərin tam ixtiyarında olmasını hamı, lap hakim tayfanın özü də fərqindədir, anlayır və o tərzə də  uyğunlaşmaya ölkə vətəndaşı sayilanları  zorən vadar edir.                                                                                                                                                                                 Bir feodal ailəsinin mülkünə, malikanəsinə çevrilmiş Azərbaycanda dərəbəyliklər və əsasən də, sahibsiz, dayaq və arxasız Talış mahalında baş verən özbaşınalıqlar: insanlıqda nə qoca, nə cavan, mahalın flora və faunasında nə heyvan, nə bitki, nə ağac, nə də təbiətin bütün digər sahələrində heç bir  sərhəd tanımır. Bu, artıq o dəməkdir ki, ölkədə hec bir struktur, qrum öz işini(funksiyasını) müstəqil, ancaq Qanunlara istinadən görə bilmir, ölkə “güzgüsü-aynası” sayılan AzTv demişkən, nəinki Avropa, artıq Azərbaycan və həm də, onun genefondu, ən böyük sərvəti  sayılan gənc nəslinin özü, bütövlükdə dağıdılır.                                                                                                               Hamının bildiyini təkrar etmək məcburiyyətindəyəm: orta əsr feodalları kimi özünü hakimi-mütləq, uzurpator-nadan kimi aparan hakim ailə alınıb-satılan, istehsal-hasilatda olan hər nəyə sahiblənmişlər.                                                                                                                                           Talış Muğan Muxtar Respublikanın Mühacir hökümətinin İdman, gənclər və turizim Naziri olaraq tələb edirəm: nəinki Talış mahalında, bütövlükdə Azərbaycan miqyasında narkotiklərin bütün hamıya bəlli, yaxud naməlum növlərinin qeyri-qanuni istehsalının, yayılmasının, satışının bütün formalının qarşı alınsın!                                                                                                                                            Talış mahalının narkotik mərkəzinə cevrilməsinin və göz görə-görə mahalın gəncliyinin məhvdən xilası naminə ciddi tədbirlər görülməsini tələb edirəm.                                                               Talışların, onun gəncliyinin “dövlət” səviyyəsində asimilasiya, iqtisadi- sosial genosid siyasitəndən başqa, və həm də, bütün dünyada kriminal sayılan narkobiznesin iqtidara verdiyi qazanc naminə, narkotiklə məhvinə son qoyulsun! 

      Hörmətlə,
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, idman və turizm Naziri
       Ilham Babazade

Category: XƏBƏRLƏR | Views: 297 | Added by: tmmrtalish | Tags: Ilham Babazade | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: