09:19
Azərbaycanda milli azlıqların problemi varmı?
Avropa Şurası Nazirlər Komitəsi

 

Azərbaycanda milli azlıqların problemi varmı?

Müəlliflər: Meydan TV


 

Avropa Şurası Azərbaycana tövsiyələr verib

“Azərbaycanda milli azlıqlarla bağlı ağrılı və çətin problemlər yoxdur. Çünki Azərbaycanda milli münasibətlər sivil və normaldır. Sadəcə, milli azlıqların ana dillərində məktəb açmaq və öz kimliklərini yazdırmaq tələbləri ədalətlidir”.

“Milli azlıqlarla bağlı ağrılı problemlər yoxdur”

Bu fikirləri hüquqşünas Ənnağı Hacıbəyli Avropa Şurası Nazirlər Komitəsinin Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını icra etməsinə dair qətnaməsini Meydan TV-yə şərh edərkən bildirib.

Ənnağı Hacıbəyli hesab edir ki, hökumət milli azlıqların ana dillərində məktəb açmaq və kimlik kontekstində işlər görməlidir:

“Milli azlıqların dillərində qəzet nəşr etmək, saytlar açması normal tələblərdir. Düşünmürəm ki, bu istiqamətdə milli mənsubiyyətə görə çətinliklər yaransın. Ümumiyyətlə, Azərbaycanda medianın milli və qeyri-milli hamıya aid olan problemləri var”.

Hüquqşünas Ənnağı Hacıbəyli

Hüquqşünas Ənnağı Hacıbəyli

Mənbə: Facebook

“Elçibəy milli azlıqlarla bağlı fərman vermişdi”

Hüquqşünas Ələsgər Məmmədli sənədlə tanış olmasa da, hesab edir ki, hansısa dövlət konvensiyaya qoşulmayıbsa, öhdəlik olmur:

“Ancaq hökumət konvensiyaya qoşulubsa, ona uyğun şəkildə öhdəlik götürür. Azərbaycandakı duruma gəldikdə, milli azlıqlarla bağlı ciddi problem yoxdur. Bəli, hər kəs üçün hüquq və azadlıqlar problemi var, məsələn, media, ifadə, sərbəst toplaşmaq azadlıqları ilə bağlı problemlər var. Ancaq bunun şəxslərin etnik, milli kimliklərinə bağlı olması isə cəmiyyəti narahat edən şəkildə deyil. Ayrı-ayrılıqda fərdi hadisələr baş versə də, bunlar cəmiyyətin və hökumətin ümumi iradəsi nəticəsində olmayıb”.

Ələsgər Məmmədli Elçibəy hökuməti zamanı milli azlıqlarla əlaqədar xüsusi fərmanın qəbul olunduğunu qeyd edərək bildirib ki, sənəddə xeyli sayda milli azlıqların dillərinin, mədəniyyətlərinin inkişafı haqda məqamlar yer alıb:

“Bu istiqamətdə qanunvericiliyin qəbul olunması yaxşı olardı və artıq hökumətə alternativ sənəd təqdim olunub. Hökumət məsələni hüquqi fərman yox, qanun səviyyəsinə çıxartsa, müsbət olardı. Sənəddə etnik azlıqların kimliyi, dili, mədəniyyətləri, məktəbləri, təhsil almaları əks olunsa, yaxşı olar”.

Hüquqşünas Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli

Mənbə: Facebook

“Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır”

Hüquqşünas Ataxan Əbilov isə deyir ki, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasındakı müddəalar Azərbaycanda gerçəkləşməyib: “Məsələ belə qoyulur ki, milli azlıqlarla bağlı hansı problemlər var? Hansı problemləri yoxdur ki? Məncə, məsələ belə qoyulsa, daha yaxşı olar. Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası var, onu açın baxın O Konvensiyada yazılanların heç biri məsələn, talışlara münasibətdə həyata keçirilməyib. Siz deyə bilərsiniz ki, dərslər keçirilib. Yalandan keçirilir bu dərslər. Dərslərin keçirilməsi ilə bağlı problem odur ki, birincisi dərsliklər çap olunmur, ikincisi müəllim kadrlar heç yerdə hazırlanmır. Avropa Şurası qarşısında “quş qoymaq” üçün o dərsləri saxlayıblar ki, guya öhdəliyi icra edirlər. Dərslərlə bağlı vəziyyət belədir ki, əvvəl həftədə 2 saat keçirilirdi, indi da ediblər 1 saat, o da fakültativdir. Fakültativ də könüllü deməkdir, yəni şagird istəsə, keçirilə bilər, istəməsə, keçirilməz. Sinifdən-sinifə keçmək üçün o dərsin şagirdin qiymət cədvəlində heç bir rolu yoxdur”.

A.Əbilovun sözlərinə hesab edir ki, talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır: “Xüsusən talışlarla bağlı Azərbaycanda ciddi problemlər var. Mən şəxsən deyirəm, talış xalqı Azərbaycanda yarımkölə halında yaşayır. Bilirəm, reaksiya pis olacaq və ay separtizm belə gəldi, belə getdi deyəcəklər. Talışlar Azərbaycanı öz dövləti, vətəni hesab edirlər, amma milli özünüifadə ilə bağlı heç bir qayğı görmürlər. Bu, dəhşətli bir şeydir. Dövlət öz xalqını tanımaqdan imtina edir, yəni Azərbaycan dövləti bu gün talış xalqını tanımır. Bu, biabırçılıqdır. Dövlət öz xalqını tanımaq-tanımamaq xəttini götürür. İkinci, talış sözünü ucancverici, aşağılayıcı adlar siyahısına salıblar. Yəni “sovet”, “kombayn”, “traktor” kimi talış adını da uşaqlara qoymaq olmaz. Əvvəla, sən etnik xalqın adını uşağa qoymağı öz siyasətinə zidd hesab edirsənsə, xalqlar arasına bu cür ayrı-seçkilik salmaq lazım deyil. Sən yaza bilərsən ki, Azərbaycanda yaşayan etnik xalqların adını uşaqlara qoymaq olmaz. O zaman heç kəs bu qərara etiraz edə bilməz ki, burada diskriminasiya var. Azərbaycanda nə qədər xalq yaşayır, yalnız talış adı eybəcər sözlər siyahısına salınıb. Dövlət öz vətəndaşına, insan insana hörmətlə, qayğı ilə yanaşar. Bunə biabırçılıqdır? Əgər dövlət məni tanımırsa, hansı hüququ verər? Bir sözlə, talışların ictimai-siyasi və hüquqi vəziyyəti faciəvidir”.

Hüquqşünas Ataxan Əbilov

Hüquqşünas Ataxan Əbilov

Mənbə: Facebook

O, Ədliyyə Nazirliyinin Azərbaycan Talışlarının İctimai Şurasını qeydiyyata almaqdan imtina etdiyini söyləyib: “Azərbaycan Talışlarının İctimai Şurası bir ildir fəaliyyət göstərir. Ancaq dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edilsə də, nazirlik bizi qeydə almır, yəni nöqtə, vergül davası aparırlar, bizi süründürürlər. Azərbaycan Talışlarının İctimai Şurası vətəndaş cəmiyyəti strukturudur da. Prezident deyir ki, vətəndaş cəmiyyəti inkişaf etsin, digər tərəfdən də vətəndaş cəmiyyətini boğur. Yəni mən vətəndaş cəmiyyəti ola bilərəm, amma orada talış adı olmamalıdır. Bu, nə yanaşmadır? Azərbaycan hökumət talışları assimilyasiya etmək siyasəti aparır. Konkret vəziyyət belədir. Əlbəttə, bunu rəsmi edə bilməz, çünki assimliyasiya qeyri-sivil xarakterli siyasətdir. Bunu gizli həyata keçirir. Onun əməlləri və fəaliyyəti bunu sübut edir. Talışa qayğı, münasibət bunu göstərir. Talışların dili, mentaliteti, adı, statsitikası, tarixi, toponimikası məhv edilir. Bununla bağlı həyəcan siqnalı çalınmalıdır”.

Avropa Şurası qətnamə qəbul edib

AzadliqRadiosu fevralın 3-də Avropa Şurasının Nazirlər Komitəsinin Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının icra etməsinə dair qətnamə qəbul etdiyi haqda məlumat yayıb.

Sənəd əsasən Konvensiya Çərçivəsinin məşvərət komitəsinin 2019-cu ildə hazırladığı hesabatın əsasında tərtib edilib.

Tövsiyələrdə bildirilir ki, Azərbaycan 2019-cu il əhalinin siyahıya alınmasında adamların azad və könüllü özünüidentifikasiyana, çoxtərəfli milli bağların ifadəsinə və adamlardan danışdıqları bir əsas dildən başqa digər dilləri də qeyd etdirməsinə şərait yaratmalıdır

Category: XƏBƏRLƏR | Views: 306 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: