19:28
Bayram yürüşündə talışlar saxlanılıb

Bayram yürüşündə talışlar saxlanılıb

Müsavat Partiyasının bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 101 illiyi ilə bağlı keçirdiyi tədbirdən öncə 4 üzvü saxlanılıb.

TolishMedia informasiya agentliyinə Musavat Partiyasının başqan müavini Səxavət Soltanlının sözlərinə istinədən bildirir ki, tədbir başlayan ərəfədə Vüqar Rzalı, Vüqar Həsənov, Nicat Rüstəmzadə və İlqar İbrahimov saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb. S.Soltanlı onların hər birinin partiyanın Cəlilabad rayon təşkilatının üzvləri olduğunu bildirib.

Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə polis bölməsinə aparılanlardan ikisi milliyətcə talışdır.

Category: XƏBƏRLƏR | Views: 576 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: