21:32 Bayraq. ( Hekayə) | |
Bayraq. ( Hekayə) Bir həyətdə kiçik işim vardı, həyət bulağına kafel yapışdırırdım. Sözun doğrusu evin kişisini yaxşı tanımırdım, haqqımı kəsməsin deyə hər sozünə "düz deyirsən, haqlısan" deyirdim.Məni qınamayın, biz ustaların haqqlarınl o qədər kəsiblər biz hətta yuxuda da öz-özumuzdən soruşuruq " verəcək, verməyəcək?" Gördum ki, bu kişi həyət qapısından üç bayraq ; Azərbaycan, Türkiyə və İsrail dövlətlərin bayraqlarını asıb. Etiyatla soruşdum: - Nə əcəb, Pakıstan bayrağını asmamısan, deyirlər onlar da həmişə bizi dəstəkləyirlər? Kişi cavab verdi: - Sözün doğrusu istədim, amma qorxdum, fikirləşdim musəlman ölkədir birdən aramız dəyər, sönra o bayrağa görə başım ağrıyar. Bax İranın da bizə köməyi çox olub, bunu həttə ölkə başçımız da dəfələrlə deyub,amma gör bir nəfərin hunəru var İranın bayrağını qaldırsın? Yox qorxuram, dövlət idarəsində işıəyirəm, 350 manat məvacib alıram, pensiyaya çıxmağıma lap az qalıb.Sabir demişkən, "Harda müsəlman görürəm qorxuram". Mən daha danışmadım, nəyimə gərək, məni işim marağlandırırdı, görəsən bu kişi pulumu kəsəcək ya yox? Amma kişi fikirli idi, hərdən bayrağlara baxıb "ah" çəkirdi. Sorusdum: - Kişi, ahın dağlara, nə olub, dərd çəkənə oxşayırsan? Kişi dedi: - Sözün doğrusu axşamdan fikir məni göturub, telivizor, internet deyir ki, Turkiyə ilə İsrailin arası dəyib, deyirəm Allah eləməmiş birdən onların arasında muharibə olsa, biz kimin tərəfində olmalıyıq? Kimin bayrağını qaldırmalıyıq? Həə bax burada mən dilimi saxlamadım və dedim: - Kişi, özünü niyə dərdə salırsən, sənə bayraq lazımdır? Sənin bir vətənin var, bir bayrağın var.Atalar demişkən, "qaranquşlar gəlib gedəndir, canıvı qurban ver sərçəyə" . Kişi daha dinmədi .Mən işə həman gün işi bitirə bilmədim,getdim evə.Sabaha kimi fikirləçdim, " görəsən kişi pulumu kəsəcək ya yox". Səhər onlara gələndə gördum ki darvazada bir bayraq qalıb, Azərbaycan bayrağı ! Ürəyim sakitləşdi, dəqiq bildim ki kişi pulumu kəsməyəcək. Şirəli Əlyar | |
|
Total comments: 0 | |