20:21 Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandı | |
Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandıQaynarinfo "Gününsəsi"nə istinadla xəbər verir ki, cinayət hadisəsi Gəncənin "Mahrasa bağı” yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar. İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb. Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən "Delfin” marketlər şəbəkəsinin sahibidir. Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır. Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb. Cinayətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu barədə danışmaqdan imtina edib. | |
|
Total comments: 0 | |