Əli Nasir!
Azərbaycan və Talış ədəbiyyatında böyük izlər qoymuş xalqımızın şair oğlu! 7 yaşından şerlər yazmaq hər bir kəsə nəsib olmur, amma bu səadəti Allah Əli Nasirə nəsib etmişdir.
Azərbaycan ədəbiyyatına nəzər salsaq dahi şair və yazıçılar haqqı dediklərinə görə zülmlər çəkmişlər. Əli Nasir də haqqı dediyinə görə illərlə həbsdə yatmışdır. Bütün çətinliklərə baxmayaraq haqqı müdafiə etməyi davam etmişdir.
Əli Nasır 1955- ci il may ayının 1- də Azərbaycanın cənnət güşələrindn olan Talış mahalının Lənkəran şəhərində dünyaya göz açmışdır.
9 yaşında atasını itirən Əli Nasir ailəni saxlamaqda anasına kömək etmək üçün ali təhsilini davam etdirə bilməmişdir. Lakin buna baxmayaraq 1988- ci ildən AXC- in İdarə heyətinin üzvü və " Elin səsi" qəzetinin baş redaktoru olub. 1990- ci ilin yanvarında Sovet hakimiyyətinə qarşı mübarizə apardığı üçün 2 ay muddətində həbsdə olub. Bu illərdə meydanlarda Sovet hakimiyyətinə qarşı mübarizədə yüzminlərlə insanı ayağa qaldıran şairin yazdığı "Ey ana Vətən" marşı dillər əzbəri olmuşdur. Hətta talış balasının yazdığı bu marş Türkiyədə keçirilən müsabiqədə birinci yeri tutmuşdur. 1993- cü ildə Əli Nasir TMMR-ə görə yenidən 8 il həbs olunub. Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürk xəstə ola-ola yataqdan qalxıb Bayıl həbsxanasında Əli Nasirin görüşübə getmişdir. O, çalışırdı ki, Əli Nasiri zaminə götürsün, lakin az sonra O, vəfat edir. Bundan sonra millət vəkili Mətləb Mütəllibov Əli Nasiri zaminə götürmək üçün lazımi orqanlara müraciət edib, lakin buna nail ola bilməyib.
Əli Nasir həbsxanada şerlər yazmağa davam edib və bu müddətdə üç kitab yazıb. Hətta məhkəmə gedə-gedə də şerlər deyib. Hakim Ədalətə dediyi "De görüm" adlı şeri buna misaldır. Hətta məhkəmədə son sözünü də şerlə deyib. Əli Nasirin yaradıcılığı Vətənə və xalqa olan sevgi, məhəbbət və İslam dininə həsr olunmuş şerlərlə zəngindir. Şair haqqın tərəfində həmişə olmuşdur və haqq yolu üçün mübarizə aparmışdır. Övladlarına yazdığı "Ər yolu" şerində bunu görürük.
Nə qədər əzilən, bir də əzən var
Mənim də haqq adlı mübarizəm var.
Əli Nasir təkcə Azərbaycan və Talış dilində deyil, həm də ləzgi dilində şer yazmışdır.
Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Əli Nasirin yaradıcılığına bu gün ögay münasibət bəslənilir. Buna baxmayaraq xalq Əli Nasiri yaradıcılığını sevir, və onun üçün bu ən yüksək mükafatdır. Xalqın dilindən düşməyən şair əsl "Xalq şairi"dir.
Şair 1 fevral 2017- ci ildə vəfat etmişdir və Lənkəranda dəfn edilib.
Xalq heç vaxt Əli Nasiri unutmayacaq və yazdığı şerlər həmişə dillər əzbəri olacaq. Şairin xatirəsini əbədiləşdirmək üçün onun adına küçə və məktəblərin olası, heykəlinin ucaldılması üçün şərait yaradılmalıdır. Şairin şerləri xarici dillərə tərcümə olunamalıdır. İnanıram ki. haçansa bütün bunların şahidi olarıq.
Xıdo rəhmət bıkə!
Ramin Kazımov
|