15:26 Milli Qəhrəman Albert Aqarunoviçə Bakıda abidə qoyuldu | |
Milli Qəhrəman Albert Aqarunoviçə Bakıda abidə qoyuldu İlik öncə Qeyd edək ki, bu il şəhidin 50 illik yubileyidir. Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən könüllü şəkildə cəbhəyə gedib. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Albert Aqarunov jurnalistə bir videoda bu sözləri demişdi , həmən sözləri yazılı formada sizlərə təqdim edirəm . “-Adın nədir? - Albert. - Hansı millətdənsən? - Yəhudi. - Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir? – Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir. - Bir vətəndaş kimi borcunu nədə görürsən? – Gəlib torpağı qorumaqda. - Nə qədər vuruşmağı düşünürsən? – Müharibənin axırına kimi… “ fikirlər bildirmişdir . Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxta , Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciətdən sonra Abidə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşdirilb . Təmir olunan abidənin fotosunu sizlərə təqdim edirik . Bu çox gözəl təşəbbüsdür alqışlanası bir haldır . Çox yaxşı olar ki , Azərbaycanda yaşayan digər Etnos millətlərin qəhrəman övladların adları paytaxta və bölgələrdə belə əbədləşdirilsin . Bu ölkə uğrunda ərazi bütövlüyü uğrunda , butun millətlərin özünə məxsus xidmətləri var . Butun sağ olan qəhrəmanları can sağlığı , şəhid olanlara Allahdan rəhmət diləyirəm . Ruslan Almaszada . | |
|
Total comments: 0 | |