23:22
Min dərdə dərman - Qoz arakəsmələri

Min dərdə dərman - Qoz arakəsmələri

Qoz arakəsmələri çox qiymətli müalicəvi məhsuldur.

Onlar çox zəngin kimyəvi tərkibə malikdir - orqanik turşular, qlikozidlər, alkaloidlər, yod, kalium, maqnezium, sink, büzücü maddələr və s.

Saglamolun.az bildirir ki, arakəsmələrin saymaqla bitməyən faydaları var:

- mikrobəleyhinə təsir edir

- orqanizmi möhkəmləndirir

- şişəleyhinə təsirə malikdir

- ürək-damar sisteminə müsbət təsir edir, damarları təmizləyir

- immuniteti möhkəmləndirir

- yod çatışmazlığı zamanı ən təsirli təbii vasitədir

- büzücü təsirə malik olduğundan babasil zamanı yaxşı kömək edir

- sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu və yaddaşı yaxşılaşdırır

- təzyiqi salır

- bağırsaqları "yığır", ishal zamanı təsirlidir

- öskürək zamanı yardım edir

- kişi cinsiyyət sisteminə müsbət təsir edir, prostatit zamanı yardım edir

- boğazda və ağız boşluğunda iltihabları azaldır, damaqları möhkəmləndirir.

Qoz arakəsmələrinin dəmləməsi belə hazırlanır:

Qazana 1 stəkan qoz arakəsmələri, üzərinə 4 stəkan soyuq su tökün, odun üzərinə qoyun, qaynamağa başlayanda vam odda 10 dəqiqə qaynadın, tam soyudun, süzün. Dəmləmə hazırdır.

Yod çatışmazlığı, öskürək, iltihablar zamanı, immun, ürək-damar və sinir sistemini möhkəmləndirmək, təzyiqi salmaq məqsədi ilə bu dəmləməni 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Boğaz və ağız boşluğu iltihabları zamanı dəmləməni qarqara kimi istifadə edin.

Babasil zamanı dəmləmə ilə oturaq vannaları etmək yaxşı yardım edir.

Category: Elim və İnkşaf | Views: 607 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: