19:53 Mühacir hökümətin müraciəti. | |
Mühacir hökümətin müraciəti. Hörmətli dostlar, əziz həmmillət və həmvətənlər! Artıq hamıya məlumdur və bu fakt, tədricən rəsmən də təsdiqlənir ki, 27 fevral 2019-cu il tarixində Fəxrəddin Abbasov bilavasitə oğrulanaraq Azərbaycan Respublikasına aparılmışdır. Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti olaraq, bu məlumatı alan dəqiqədən, fasiləsiz olaraq, Rusiya hökümət dairələri daxil, bütün Beynalxaq təşkilatlara operativ müraciətlər edildi. Hazırda bir-çox beynəlxalq insan haqları təşkilatlarından cənab Fəxrəddin Abbasovun həyat və istintaqının bilavasitə nəzarətə götürüləcəyi barədə məlumatlar almışıq. Beynəlxalq Əhv, Qirmızı xaç təşkilatlarının çox ciddi yanaşmasından sonra, çox ciddi mənbələrdən aldığımız məlumata əsaslanaraq, qətiyyətlə deyə bilərik ki, artıq Fəxrəddin boylinin həyatı və barəsində cinayyət işinin araşdırılması mövcud Qanunlar tələbi ilə qurulmaqla, bilavasitə müdafiə təminatıda yaradılmışdır. www.tolishstan.com ; Narahatçılıq və luzumsuz xof yaşayan sadə insanlara və ifrat türkçülük göstərən Azərbaycan hüqüq müdafiəsini öz manapoliyasına almış Qeyri-hükümət təşkilat nümayəndələrinə öz qəti iradımızı bildirməklə, hamının nəzərinə çatdırırıq ki, Talış xalqı öz qeyrətli və savadlı övladları ilə heç bir Talışın sahibsiz və müdafiəsiz saxlanmasına imkan verməyəcək, harda olmasından asılı olmayaraq onun(onların) yanında olacaqdır! | |
|
Total comments: 0 | |