21:06
Oqtay Əsədovun kokain “Kapriz”i FOTO VİDEO

Oqtay Əsədovun kokain “Kapriz”i FOTO VİDEO

 

Azərbaycan parlamentinin spikeri Rusiya paytaxtında narkoticarətlə yaxalandı!

Bir ölkənin dövlət xadimləri başqa bir ölkənin xüsusi xidmət orqanlarının qarmağına necə keçə bilərlər? Məsələn, bir neçə il əvvəl Rusiyanın keçmiş kəşfiyyatçısı iddia etmişdi ki, Azərbaycanın Maliyyə naziri Samir Şərifov hələ Sovet dönəmlərində, Kiyevdə oxuduğu zaman qanunsuz valyuta alveri üstündə yaxalanaraq KQB ilə əməkdaşlığa cəlb edilib. Bu məsələ açıq qaldı.

Afficher l’image source

Amma bir də dövlətə rəhbərlik edənlərin arasında belələri varsa, onda necə? Həm də uzaq gənclik və tələbəlik illərində deyil, elə dövlət rəhbəri işlədiyi zamanlarda…

Afficher l’image source

Oqtay Əsədov Azərbaycan parlamentinin sədridir, ölkənin qanunverici hakimiyyətinin başçısıdır. Belə bir mühüm dövlət vəzifəsini daşıyan adam, deyək ki, Rusiya xüsusi xidmət orqanlarının diqqətini cəlb etməlidirmi? Əlbəttə! Amma vacib deyil ki, adam mütləq qanunsuz valyuta alverində ittiham edilsin! Bəzən, qanunsuz valyuta alveri daha prestijli biznes sayıla bilir.

Oqtay Əsədov narkotik ticarətində yaxalanıb! Həm də öz adıyla deyil, həyat yoldaşının adına, Rusiyada sənədləşdirdiyi biznes obyektində.

«Bu, necə ola bilər?», deyə bilərsiz. Çox rahat, çünki insan öz nəfsini cilovlaya bilməyəndə nəninki özünü, hətta bütöv bir dövləti də nəfsin girovu kimi istifadə edə bilir.
Əməliyyat Moskvada, Bakı küçəsində, 29 ünvanında yerləşən obyektdə keçirilib. Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna- striptiz klubda reyd keçirib. Sizə təqdim edilən sənəddə bu əməliyyatın səbəbləri, eləcə də həmin obyektin sahibi və qeydiyyat tarixçəsi haqqında bilgilər də yer alır.

Yəni, qeyd edilir ki, polis əməliyyatının səbəbi qonşuların şikayətidir, orada narkotik maddələrin satışı ilə bağlı əməliyyat məlumatlarıdır. Bu sənədin üzərində, biz, onun sətri tərcüməsini də vermişik ki, rus dilində bilməyənlər söhbətin nədən getdiyini bilsinlər.
Hadisə barədə KİV- də reportaj da yayılıb.

Sənədlərdən görünür ki, bu “Kapriz” adlı striptiz klub Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. Arizarum Qrup MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. (https://zachestnyibiznes.ru/company/ul/1027700482259_7705176856_OOO-ARIZARUM-GRUPP)
(https://sbis.ru/contragents/7705176856/772401001)

“Kapriz” striptiz klubunun real bazar dəyəri isə yuxarıdakı sənəddən də gördüyünüz kimi, 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu ilə qiymətləndirilir.

Təəccüblü deyil ki, Azərbaycanın dövlət rəhbərlərindən birinin bu qədər xarici investisiya imkanı var. İlham Əliyevin ölkədən xaricdə yatırdığı sərmayələrin və nəqd pulların həcmi 100 milyard dollardan da artlqdır, hər halda 1993- cü ildən üzü bəri çıxarılan və satılan neft pullarından, sair ticarət-biznes əməliyyatlarından götürüb çırpışdırdığı pulların həcmi bu qədərdirsə, təəccüblü deyil, bunu hamı bilir.

Oqtay Əsədov da oğurladığı çirkli pulları xaricdə, lap elə Rusiyada inşaat, ticarət, xidmət kimi nisbətən daha təmiz sahələrə yatıra bilərdi. Əlbəttə, bu da var, şübhəsizdir ki, var. Bəs, narkotik alveri onun nəyinə gərəkdir? Demək, lənətə gəlmiş nəfs və kanalizasiya mentaliteti onu daha çirkli, daha bulaşıq əməliyyatlara doğru dartır! Axı, spiker siyasətə kanalizasayadan çıxarılaraq pərçim edilib. Həmin o mentalitet cizgiləri də onu bu biznesə tamah salmağa vadar edir.

Bəli, Azərbaycan parlamentinin spikerinin həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın adına olan, Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında yerləşın “Kapriz” adlı striptiz klubda kokain kimi “kübar” narkotikin satışı da sadəcə tamah deyil, kanalizasiya mentalitetidir.

Bəs, Oqtay Əsədov öz həyat yoldaşının bu obyektindəki narkotik ticarəti qalmaqalını necə yatıra bilib? Bəziləri iddia edirlər ki, o, Rusiyalı həmkarlarından, yəni rus deputatlardan xahiş etməklə Moskva polisini yola gətirə bilib. Amma sizcə, nə qədər ağlabatandır ki, Azərbaycan parlamentinin sədrinin narkoticarətini Rusiya kimi avtoritar ölkədə hansısa bir və ya bir neçə deputat yoluna qoya bilsin. Müqayisə edin: deyək ki, Rusiyanın da deyil, məsələn, Stavropol vilayət Duması sədrinin Bakıdakı biznes obyektində belə bir fakt aşkar edilir. Hansısa deputat buna yiyə dura bilərmi? Ola bilərmi ki, şəhər polisi və ya Daxili İşlər naziri prezidentə bu barədə xəbər verməsin? Əlbəttə, ola bilməz! İlham Əliyev bu məsələni yoluna qoymaq, problemi müzakirə etmək üçün kimi çağırardı? Əlbəttə, Mədət Quliyevi! Bəyəm, Vladimir Putinin Mədət Quliyevi yoxdur?

Biz, əlbəttə, uzağa gedən nəticələr çıxarmırıq, sadəcə olaraq mövcud və mümkün presedentlərdən çıxış edərək iddia edirik ki, Oqtay Əsədovun Rusiya paytaxtındakı narkotik ticarəti faktı Rusiya xüsusi xidmət orqanlarının menyüsündə ən dadlı yeməklərdən biri ola bilərdi. Əgər bu şansı əldən qaçırıblarsa, o zaman onlar «KQB varisləri » adlandıra bilməyəcəyiniz qədər əfəl və fərasətsiz insanlardır. Amma lap tutaq ki, Oqtay Əsədov bu faktla qarmağa keçirilib Rusiya xüsusi xidmət orqanlarına işləməyə məcbur edilməyib, (bunun üçün başqa əsaslar da ola bilərdi) amma spiker, parlament sədri, bir dövlətin siyasi rəhbərliyində təmsil olunan, həm də 3 nəfərdən biri kimi təmsil olunan birisi belə yaramaz biznesə hansı dəyərlərlə girişib?
Tamam, anladıq ki, bunların hamısı, hətta İlham Əliyevin özü də ölkədən oğurlaya bildikləri pulları xaricə daşıyırlar ki, hakimiyyət çökəndə aradan çıxıb başqa ölkələrdə yüksək təminatla yaşaya bilsinlər. Bunu anlamaq olar, Oqtay Əsədov da anlayır. Başa düşürük ki, belə çirkli biznes ünvanlarından birini məhz elə küçədə yerləşdirməlidirlər ki, həmin küçənin açılışını Heydər Əliyev edib, zatən, Heydər Əliyev adına olan Fond ölkədə ən qaranlıq maliyyə əməliyyatlarının aparıldığı ünvandır.

Onu da başa düşmək olar ki, spikerin vəzifə səlahiyyətlərindən istifadə edib onun ailə üzvləri Bakıda avtoxuliqanlıq da edə, hətta başqalarının uşaqlarını əllərindən ala da bilərlər. Amma niyə məhz, narkotik- kokain alveri və niyə məhz, ailə üzvlərinin adına? Yəni, gəlir çox böyükdür və başqalarına güvənmək olmaz məntiqi iləmi ? O biri yandan da Moskvadakı Azərbaycan diasporunun sifətinə çırpılır ki, sizin spiker bizim paytaxtımızda kokain satır!

Yeri gəlmişkən, bu materialların əldə edilməsində bizə yardım edən disaspor fəalarına təşəkkür edirik.

Azadliq.info

Category: XƏBƏRLƏR | Views: 612 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: