20:11
Şeyxülislam Allahşükür Paşazadə: "Ərdoğanın müşavirinin dindən xəbəri yoxdur


Şeyxülislam Allahşükür Paşazadə: "Ərdoğanın müşavirinin dindən xəbəri yoxdur.


Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb. Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm, ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər. İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu. Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır. İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik. Elə adamlar var. Onlar maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq. Bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın. Mən elə bilirəm ki, burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da, ermənipərəstlərin barmağı var. Mən ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam, onlar məni ağsaqqal kimi qəbul edirlər. Mənim gəlinim türkdür. Evimdə türklər yaşayır".(meydan tv )
tolishstan.com
Category: XƏBƏRLƏR | Views: 341 | Added by: tmmrtalish | Tags: ​​​​​​​tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: