17:41
Talış ağsaqqallarının Ali Şurası , TMMR  Mühacir höküməti
 Talış ağsaqqallarının Ali Şurasının, 
 Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin
 Talış və ölkə miqiyaslı əsgər-mübariz döyüşçü, Cəbrayıl (Cəmil) Hacıyev ətrafında qurulan xofyaratma, qorxutma məqsədli məhkəmə tamaşalarına münasibət 

                                                                                          B Ə Y A N A T I: 

 13 sentyabr 2019-cu il tarixində Lənkəran rayon məhkəməsində, neçə aylardır davam edən, qurama istintaq-məhkəmə araşdırmalarının, çox ola bilər, ilk məhrələsi, başa çatdı. Məhkəmə, hakim Toğrul Məmmədovun sədrliyi, prokuror Rəfael Bədəlovun sifarişli və əsassız ittihamları və tərəflərin qarşılıqlı barışığı barədə razılığından sonra, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin əsil qəhrəmanlarından biri olan, 2-ci qrupp əlil, Cəbrayıl Hacıyev barasində, uğrunda döyüşdüyü Dövlətin  cinayyət məcəlləsinin 221.2.1 maddəsi ilə 1 il şərti, onun qardaşı, Əfqanıstan müharibəsinin məcburi iştirakçısı, 2-ci qrupp əlil, İsi Hacıyev barasində127.2.3 və 221.2.1 maddələri ilə 1 il 6 ay həbs cəzaları ilə cəzalandırılmışlar.  Maraqlı məqamlardan biri də odur ki, barışığa razılıq verən şikayətçi Qorxmaz Hacıyev də, uyğun ittihamlarla 10 ay müddətinə cəzalandırmaqla, hakimiyyət bilavasitə el qəhrəmanı Cəbrayıl (Cəmil) Hacıyevə bir daha xəbərdarlıq etmək istəmişdir ki, o, istər ölkə, istərsə də Talış xalqının haqq və hüquqlar barədə, onun ictimai-siyasi fəaliyyətə cəhd etmək istəyi hiss ediləcəyi təqdirdə, saxta şikayətçinin yeni iddialar qaldırmasına ciddi və təhlükəli zəmin saxlanmışdır !  
 Bu sifarişli, saxta və qurama prossesin başlanğıcından cəmiyyət bütövlükdə anlayırdı ki, tapşırıq “yuxarıdan”, C.Hacıyevin ictimai-siyasi fəallığının hiss edildiyi və onu dayandırmaq məqsədi ilə həyata keçirilir və çox acınacaqlı olsa da, icraçıların böyük əksəriyyəti  onun uğrunda döyüşdüyü vətənin işğalda olan bölgələrindəndir!   
 Talış ağsaqqallarının Ali Şurası və Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti olaraq,  Azərbaycan Respublikasının mövcud hökümətini,- qanunsuzluqlarla, mövcud dünya siyasi oyun qaydalarının kobud pozuntuları ilə əldə saxlayan rejimin, El qəhrəmanı Cəbrayil Hacıyev və yaxınlarına münasibətlərdə, təxribatlara söykənən hər cür əməllərdən əl çəkməyi   

T Ə L Ə B   E D İ R İ K!       
           
 Talış ağsaqqallarının Ali Şurası,      
Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti.
Category: XƏBƏRLƏR | Views: 830 | Added by: tmmrtalish | Rating: 5.0/1
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: