12:16
Talış Muğan Muxtar Respublikasının Prezident Fərmanı: Ə.Ə.Hümmətov.
                                                  Talış Muğan Muxtar Respublikasının Prezident

                                                                Fərmanı:


Haaqa şəhəri, Nederland krallığı,   

     05 mart 2019 il 2018-ci ilin iyul ayında, Talış Muğan Muxtar Respublikasının, Mühacir höküməti natamam tərkibdə olsa belə, vətəndən kənarda yaşayan, köçüb Avropaya gələn TMMR ərazisinə kökən bağlı olan gənclərin bilavasitə istək və arzuları ilə yaradıldı. Mühacir höküməti, harada yaşamasından asılı olmayaraq, az qala bütövlükdə hər bir Talışın, fəaliyyəti ilə, ictimai-siyasi həyatında özünə layiqli yer qazanmağa nail oldu. Siyasi-ictimai oyun qaydalarını yüksək peşəkarlıqla icra etməklə, cəmiyyətin yüksək hörmətini qazandı. Kollektiv fəaliyyət və qarşılıqlı yanaşmalarda yüksək mədəniyyət nümünəsi yaradılmasında böyük qabiliyyət nümayiş etdirməyi bacardı. Bununla belə, əlavələr, istefalar da olsa belə, hükümətin tərkibində vəzirlərinin müəəyyən qisminin fəaliyyətində durğunluq, qeyri-fəallıq, məsuliyyətsiz yanaşmalar da, hazırda belə, davam etməsini nəzərə alaraq,

                                                                               Q Ə R A R A A L I R A M.

1.Talış Muğan Muxtar Respublikasının 1-ci Mühacir hökümətinin məhsuldar fəaliyyətinə görə minnətdarlıq etməklə, hazırki kollektivin yekdilliyində yaranmış problemlərə görə, tam tərkibdə istefaya göndərilsin;

2. Sər vəzir əğəye Rəhim Mirzəyevə ötən müddətdə özünün və bütövlükdə kobinetin fəaliyyətinə görə, şəxsən öz adımdan, Talışon Sipirişon Ali Şura adından minnətdarlığımı bildirməklə, Ondan xahiş edirəm, Mühacir hökümətin yeni kobineti formalaşdırılana qədər, hazırkı tərkibin müvəqqəti fəaliyyətini təmin etsin;

3. Əğəye R. Mirzəyevdən xahiş edilsin ki, tərəfimdən yeni kobinetin tərkibinin Sipirişon şuranın Ali məclisinə təqdimatına göndərmək üçün, 15 günün daxilində yeni tərkibin siyahisini mənə təqdim etsin. 4. Fərmanın icrasına nəzarəti öz üzərimə götürürəm.

TMMR-nın Prezidenti     

 Ə.Ə.Hümmətov.      
                                             
Category: XƏBƏRLƏR | Views: 960 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: